Birinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.

Etimologiyası Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə birinci komponentdən istifadə edilmişdir.

Əhalisi Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmışları Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru.

Coğrafiyası Düzənlikdədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Kateqoriya:Füzuli rayonunun kəndləri