Sabunçu — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.

Tarixi Bakının ən qədim kəndlərindən sayılır.

İqtisadiyyatı Vaxtilə Sabunçu Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi.

Əhalisi AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 31.4 min nəfər əhali yaşayır.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi : 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı (min nəfər)

Tanınmış şəxslər Rixard Zorge — İkinci Dünya müharibəsi dövründə Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə və Kəşfiyyatçı Əli Fəhmi — Mətnşünas Hafiz Məmmədov (rəssam) — Rəssam, əməkdar incəsənət xadimi Mirzə Aydəmirov — Azərbaycan-sovet hüquqşünası və dövlət xadimi, Azərbaycan SSR Ali Məhkəməsinin sədri Əyyub Pirverdiyev — İnqilabçı Bəşir bəy Aşurbəyov — Milyonçu İsa bəy Aşurbəyov — İctimai-siyasi xadim, publisist, pedaqoq, jurnalist, naşir, milyonçu, xeyriyyəçi Nikolay Baybakov — Sovet dövlət xadimi və neftçisi, Sosialist Əməyi Qəhrəmanı Əjdər Məcidov — Kimya elmləri doktoru, Professor, AMEA-nın həqiqi üzvü

İstinadlar

Kateqoriya:Sabunçu rayonunun qəsəbələri Kateqoriya:Bakının qəsəbələri Kateqoriya:Sabunçu