və ya əsl adı ilə – Yaponiya tənqidçisi, tərcüməçisi və romançısı. Yaponiyanı Lev Tolstoyun əsərləri ilə tanış edən və Fyodr Dostoyevskinin "Cinayət və cəza" romanını yapon dilinə tərcümə edən ilk şəxs kimi tanınır.

Həyatı Uçida Roan 1868-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Uşaq yaşlarından etibarən xristianlığın təsiri altında böyümüş və ingilis dilini özü öyrənmişdir. 1890–91-ci illərdə "Kokumin Shimbun" qəzeti üçün işləmişdir. Yaponiyanın ilk qadın jurnalı olan "Jogaku zasshi" jurnalı üçün yazılar yazmışdır. 1901-ci ildə xarici ədəbiyyat üçün nəzərdə tutulmuş "Maruzen" kitab evinin məsləhətçisi olmuşdur.

Uçida 1889-cu ildə Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanını oxumuş və 1892-ci ildə bu əsəri yapon dilinə tərcümə edən ilk şəxs olmuşdur. O, Rusiya ədəbiyyatının digər tərcüməçisi olan Futabatey Şimeydən xeyli təsirlənmişdir. Uçidanın bu tərcüməsi Kitamura Tokoku və Toson Şimazakiyə təsir göstərmişdir. Uçida Yaponiyanı Lev Tolstoyn yaradıcılığı ilə tanış edən şəxs kimi də tanınır. O, 1905-ci ildə Tolstoyun "Dirilmə" romanını yapon dilinə tərcümə etmişdir.

Uçida yaşadığı dövrün populyar üslubuna qarşı olan əsas polemiklərdən biri olmuşdur. O, sosial məsələləri gündəmə gətirməklə populyar ədəbiyyatın gündəmini genişləndirməyi müdafiə etmişdir. Onun yazılarına esselər və müasir Avropa ədəbiyyatının tərcümələri aid idi. Onun tərcümələri XX əsrin əvvəllərində naturalist məktəbin yayılmasında rol oynamışdır.

Əsərləri "Bunqakuşa to naru ho" (1894, esse) "Kure no nicuhaçiniçi" (1898, roman) "Omoydasu hitobito" (1925, memuarlar)

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya tərcüməçiləri Kateqoriya:Yaponiya romançıları Kateqoriya:Rus dilindən yapon dilinə tərcümə edənlər Kateqoriya:Yaponiya ədəbi tənqidçiləri