Firuz Böyükağa oğlu Şirinzadə — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini (2020–2023).

Fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Firuz Şirinzadə 2010-cu ildə Dövlət Sərhəd Xidmətinin Baş Əməliyyat-Axtarış İdarərə rəisinin müavini — Kəşfiyyat İdarəsinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2010-cu il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-mayor ali hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2011-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Firuz Şirinzadə 2020-ci ildə Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-leytenant ali hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar