thumb|İsrail istehsalı mobil sursat olan IAI Harop

Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dronUS army may soon use Israeli-designed ‘suicide drones’ , Jerusalem Post, June 2016China Unveils a Harpy-Type Loitering Munition , Israel Defense, March 2017Meet Israel’s ‘Suicide Squad’ of Self-Sacrificing Drones , The Drive, August 2016Loitering Munitions – In Focus , Center for the Study of the Drone, Feb 2017, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dronKamikaze drone loiters above, waits for target , CNET, June 2009'Kamikaze drones' add a new layer of lethality to remote force , C4ISRNET, August 2015 kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidirLoitering Munition Availability Expanding Internationally , Aviation Week, April 2016Loitering Weapon Systems – A Growing Demand , h-ils, December 2016Watch This Drone Turn Into A Missile , Popular Science, August 2015. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır.

Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür.

Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.

İstinadlar Kateqoriya:Aviasiya terminləri

Kateqoriya:Hərbi terminlər

Kateqoriya:Pilotsuz uçuş aparatları Kateqoriya:Silahların inkişaf etdirilməsi