Turan Rövşən oğlu Bayramov () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası Turan Bayramov 2016-cı ildə Tbilisi şəhərində (Gürcüstan) yeniyetmələr arasında Dünya Çempionatını 11-ci pillədə başa vurdu. Daha sonra Turan Bayramov 2017-ci ildə Sarayevo şəhərində (Bosniya və Herseqovina) yeniyetmələr arasında Avropa Çempionatının bürünc, Afina şəhərində (Yunanıstan) yeniyetmələr arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu.

Turan Bayramov 2018-ci ilin mayında KYRM-da baş tutan gənclər arasında Avropa Çempionatının, iyulunda isə Xorvatiyada baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu.

Turan Bayramov 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Birinci görüşdə onun rəqibi Yeni Zelandiya güləşçisi Vesterli Ainsley oldu. Həmin görüşdə Turan Bayramov rəqibinə 10:0 hesabı ilə qalib gəldi. Növbəti görüşdə isə onun rəqibi Pakistan güləşçisi İnayat Ullah oldu. Həm İnayat Ullah, həm də Turan Bayramov birinci görüşlərində qalib gəlmişdi. Bu görüşdə qalib gələn güləşçi, turnirin final görüşünə vəsiqə qazanacağdı. Görüşün əvvəlindən üstün tərəf olan Turan Bayramov, rəqibinə 8:0 hesabı ilə qalib gəldi və Buenos-Ayres Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi İran güləşçisi Məhəmməd Kərimi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Turan Bayramov rəqibinə 6:1 hesabı ilə qalib gəldi. Bununla da Turan Bayramov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.

2019-cu ildə isə Turan Bayramov Novi Sad şəhərində (Serbiya) U23 Avropa Çempionatını 11-ci pillədə, Pontevedra şəhərində (İspaniya) gənclər arasında Avropa Çempionatını qızıl medalla, Tallin şəhərində (Estoniya) gənclər arasında Dünya Çempionatını bürünc medalla, Budapeşt şəhərində (Macarıstan) U23 Dünya Çempionatını isə qızıl medalla başa vurdu.

Turan Bayramov 2020-ci ilin yanvarında İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri bürünc medalla başa vurdu. COVID-19 pandemiyasına görə bir müddət beynəlxalq turnirlər baş tutmadı.

Turan Bayramov 2021-ci ildə əvvəl Parisdə Fransa Qran-Prisinin, sonra Kiyevdə beynəlxalq turnirin bürünc medallarına sahib oldu. Apreldə isə Turan Bayramov Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. İyunda Almaniyanın Dortmund şəhərində gənclər arasında Dünya Çempionatının qalibi olan Turan Bayramov iyulda olimpiada da mübarizə aparmalı oldu. İyulun 20-də Azərbaycan Güləş Federasiyası zədələnən Hacımurad Hacıyevin əvəzinə olimpiada da Turan Bayramovun çıxış eləməsi üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi. Həmin gün Beynəlxalq Olimpiya Komitəsində müraciətə baxıldı və Turan Bayramovun olimpiada da çıxış eləməsinə icazə verildi. Turan Bayramov olimpiadanın 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Vasil Mixailov ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Turan Bayramov rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rio-de-Janeyro Olimpiadasının bürünc medalçısı İtaliya nümayəndəsi Fran Çamizo oldu. Həmin görüşdə Turan Bayramov rəqibinə 1:4 hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Turan Bayramov təsəlliverici qrupda mübarizə apara bilmədi və olimpiadanı 8-ci pillədə başa vurdu.

Olimpiadadan sonra Turan Bayramov Rusiyada gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin sentyabrında da Turan Bayramov Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatını isə beşinci pillədə başa vurdu. İlin son turnirində isə o, Serbiyada U23 Dünya Çempionatında yeddinci pillədə qərarlaşdı.

2022-ci ildə Turan Bayramov Bolqarıstanda D. Kolov - N. Petrov beynəlxalq turnirinin və İtaliyada M. Pellison beynəlxalq turnirinin gümüş medallarına sahib oldu. Apreldə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının bürünc medalına sahib olan Turan Bayramov avqustda Konya şəhərində İslam Həmrəyliyi Oyunlarının çempionu oldu. Həmin ilin sentyabrında isə Turan Bayramov Serbiyanın Belqrad şəhərində Dünya Çempionatını 11-ci pillədə başa vurdu.

2023-cü ildə Turan Bayramov Rumıniyanın Buxarest şəhərində U23 Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu.

2024-cü ilin aprelində Turan Bayramov Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.

10 yanvar 2026-ci ildə Bakıda keçirilən yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatının qalibi olub.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12016Yeniyetmələrin Dünya Çempionatı Gürcüstan11.22017Yeniyetmələrin Avropa Çempionatı Bos. və Herseqovina3.3Yeniyetmələrin Dünya Çempionatı Yunanıstan2.42018Yeniyetmələrin Avropa Çempionatı KYRM1.5Yeniyetmələrin Avropa Çempionatı Xorvatiya1.6Yeniyetmələrin Olimpiya Oyunları Argentina1.72019U23 Avropa Çempionatı Serbiya11.8Gənclərin Avropa Çempionatı İspaniya1.9Gənclərin Dünya Çempionatı Estoniya3.10U23 Dünya Çempionatı Macarıstan1.112020Yaşar Doğu Turniri Türkiyə3.122021Fransa Qran-Prisi Fransa3.13Kiyev Turniri Ukrayna3.14Avropa Çempionatı Polşa2.15Gənclərin Avropa Çempionatı Almaniya1.16Olimpiya Oyunları Yaponiya8.17Gənclərin Dünya Çempionatı Rusiya3.18Dünya Çempionatı Norveç5.19U23 Dünya Çempionatı Serbiya7.202022D. Kolov - N. Petrov Turniri Bolqarıstan2.21Avropa Çempionatı Macarıstan3.22M. Pellison Turniri İtaliya2.23İslam Həmrəyliyi Oyunları Türkiyə1.23Dünya Çempionatı Serbiya11.242023U23 Avropa Çempionatı Rumıniya1.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Yeniyetmələrin Olimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları