Ömər ibn Əli və ya Ömər əl-Ətrəf (; ) — qardaşı Hüseyn ibn Əlini Kərbəlaya müşayiət edən və Aşura günü öldürülən Əli ibn Əbu Talibin övladlarından biri idi. Əli ibn Əbu Talib və əl-Səhbə bint Rəbiənin oğludur.
Nəsli Bəzi sünni mənbələri ondan Ömər əl-Əkbər kimi bəhs etmişlər, onun ləqəbi Əbu əl-Qasım və ya Əbu Həfsdir. Bəzi tarixi mənbələr onun anasının adını Rəbiə ət-Təğlibinin qızı Səhba (Ümmü Həbib) olaraq bildirmişdir. Bəziləri onun adını Leyla bint Məsud əd-Dərəmi kimi qeyd etmişlər. Sünni alimi əl-Fəxr ər-Razi Ömərin Əli ibn Əbu Talibin ən kiçik övladı olduğunu qeyd etmişdir. Kərbəla döyüşündə Rəvayət olunur ki, Ömər ibn Əli Aşura günü hayqıraraq düşmənə hücum edir. O, qardaşının qatilinin üzərinə hücum edərək onu öldürür. Zeydi fəqih Əxtəb əl-Xarəzmi qardaşı Əbu Bəkr ibn Əlinin şəhadətindən sonra şəhadətini xəbər verib. Deyilənə görə, əvvəlcə atı yıxılıb, sonra ona işgəncə verilib.
İstinadlar
Kateqoriya:Əlinin övladları Kateqoriya:Kərbəla döyüşündə həlak olanlar Kateqoriya:Hüseyn ibn Əli Kateqoriya:Ərəb müsəlmanları Kateqoriya:Müsəlman şəhidlər