Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur.

Tarix 250px|thumb|leftTürkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur.

Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir.

Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir.

Təsvir Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.

Kafedralar Təməl Baytarlıq Elmləri

Heyvan Xəstəxanası 250px|thumb|right Heyvan Xəstəxanasının binası 1933-cü ildə Ali Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinin binası olaraq tikilmişdir. Xəstəxana mədəni irs siyahısına daxil edilmiş və 2015-2017-ci illərdə restavrasiya edildikdən sonra Türkiyənin ən böyük heyvan xəstəxanalarından biri kimi xidmət göstərməkdədir. Xəstəxana ildə təxminən 40000 xırda və iri heyvana xidmət göstərir.

Muzey 250px|thumb|right 2013-cü ildə fakültə binasında Baytarlıq Anatomiyası Muzeyi açılmışdır. Muzeydə 1933-cü ildən etibarən təhsil və sərgiləmə məqsədilə toplanmış müxtəlif nümunələr nümayiş etdirilir.

Jurnal Ankara Universitetinin “Baytarlıq Jurnalı” 1954-cü ildən etibarən rüblük nəşr olunmaqdadır. Jurnalda baytarlıq, heyvan elmləri və zoologiya ilə bağlı mövzularda məqalələr dərc olunmaqdadır. Jurnal 2007-ci ilin aprel ayından etibarən SCIE- Genişləndirilmiş Elmi Sitatlaşma İndeksinə daxil edilmişdir.

Həmçinin bax Ankara Universiteti

İstinadlar

Xarici keçidlər AÜ Veteriner Fakültesi Dergisi . AÜ Veteriner Fakültesi Veteriner Kardiyoloji Birimi

Kateqoriya:Ankara Universitetinin Baytarlıq Təbabəti fakültəsi Kateqoriya:Baytarlıq