Samirə Allahverdiyeva () — Azərbaycan müğənnisi.

Həyatı Allahverdiyeva Samirə 1979-cu ilin avqustun 25-də Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişdir. 1992-ci ildə ilk dəfə 7–17 yarışmasında iştirak etmişdir. 1994-cü ildə isə peşəkar səhnəyə Vaqif Gərayzadənin dəstəyi ilə çıxmışdır. 2002-ci ildə "Qayıtdı Xəyallar" adlı ilk albomu işıq üzü görmüşdür. Eyni adlı mahnı ilə Elşad Xose ilə dueti dinləyicilər tərəfindən çox rəğbətlə qarşılanmışdır. İlk klipi də 2002-ci ildə "Səni tapdım" adlı mahnıya çəkilmişdir. Evlidir, bir övladı var.

O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.

Videoqrafiya +SayKlipTarix01Səni Tapdım200202Apar Məni200703Rəbbim200904Qələbə200905Tanrı Elçisi201106Sən201307Çağırış201508Çarəsizəm201509Sevdiyim201910Vəfasız Həyat202111İnanıram ft. Elnarə Xəlilova 202212Güzgü 202213Sevgi Acısı2023

Mənbə Samira Samira

İstinadlar

Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Astara rayonunda doğulanlar