– yapon renqa və haykay şairi. Norişiqe Şina əsl adıdır. Ən qədim haykay antologiyasını tərtib etdiyi üçün "haykunun atası" hesab olunur.
Həyatı Yamazaki Sokanın həyatı haqqında məlumatlar azdır. O, Omi əyalətində doğulmuş və şoqun Aşikaqa Yoşihisanın samurayı olmuşdur. Yoşihisanın ölümündən sonra İkkyunun Zen doktrinalarını öyrənmək üçün Kiotoya köçərək 1489-cu ildə buddist keşişi olmuşdur. Bəzi rəvayətlər onu səfil və dəli adam kimi təqdim etsə də, tarixi faktlara əsasən poeziya müəllimliyi edərək və kalliqrafiya ilə məşğul olaraq pul qazanmışdır.
Ədəbi fəaliyyəti Sokan ən çox "İnu tsukuba şu" adlı haykay antologiyasına görə tanınır. O, bu əsərə özünün və başqalarının haykaylarını daxil etmişdir. Antologiya 1540-cı illərdə tərtib edilsə də, 1615-ci ildə nəşr olunmuşdur. Bunun səbəbi Sokanın əsəri sadəcə tələbələri üçün tərtib etməsi, digər səbəbi isə haykaylarının kobud təbiəti idi. Sokan bu əsərə görə "haykunun atası" titulunu qazanmışdır.
Əsər XVII əsrin haykay şairlərinə, xüsusilə, Danrin məktəbinə təsir göstərmişdir. Bir çox haykay şairi onun üslubunu təqlid etməyə çalışmışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Samuraylar Kateqoriya:Yaponiyanın hayku şairləri