Anatol Abraqam (; doğum adı: Anatoli İzraileviç Abraqam, ; ) — Fransa fiziki, Paris Elmlər Akademiyasının üzvü (1973).
Həyatı Abraqam 1937-ci ildə Paris Universitetini bitirmişdir. O, maqnitizm və bərk cisim fizikası, xüsusilə nüvə maqnetizmi, bərk cismin hiper incə quruluşu, spin temperatur nəzəriyyəsi, nüvə polarizasiyası, bərk cismin qamma-rezonans spektroskopiyası sahəsində tədqiqatlar aparmışdır. Abraqam hiperincə quruluşun parçalanması nəzəriyyəsini inkişaf etdirmişdir. O, 1953-cü ildə müstəqil olaraq Overhauzer effektini müşahidə etmişdir. Abraqam proktorla birlikdə qütbləşmiş proton hədəfini əldə etmək üçün istifadə edilən dinamik nüvə qütbləşməsini kəşf etmişdir. O, 1970-ci ildə nüvə antiferromaqnetizmini və 1973-cü ildə neytronların nüvə presessiyasını kəşf etmişdir. Abraqam 1967-ci ildə Fransa Fizika Cəmiyyətinin prezidenti olmuşdur. O, "kondensasiya olunmuş maddə fizikası və nüvə fizikasının tədqiqat metodları sahəsində görkəmli nailiyyətlərinə görə" 1995-ci ildə Rusiya Elmlər Akademiyasının Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir.Энциклопедический словарь. 2009. АБРАГАМ Анатоль.
İstinadlar
Əlavə ədəbiyyat
Храмов Ю. А. Абрагам, Анатоль // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и доп. — М. : Наука, 1983. — С. 5. — 400 с. — 200 000 экз.
Xarici keçidlər
Anatole Abragam. 15 December 1914 — 8 June 2011 // Biographical Memoirs of Fellows of the Royal Society, 2017, vol. 63, by Maurice Goldman Kateqoriya:Fransa fizikləri Kateqoriya:Fəlsəfə doktorları