Manuel Belqrano (; ) — argentinalı hüquqşünas, siyasətçi və general. Argentina bayrağının müəllifi və Argentina dövlətinin qurucu atalarından biri.
Xatirəsi 1873-cü ildə Buenos-Ayresdə Manuel Belqranonun atlı heykəli qoyulmuşdur. 1938-ci ildə Manuel Belqranonun vəfat tarixi olan 20 iyun Argentinada dövlət bayramı — Bayraq günü () elan edilmişdir. 1956-cı ildə Argentinanın kreyserlərindən biri "General Belqrano" adlandırıldı (1982-ci ildə Folklend müharibəsi zamanı Britaniya sualtı qayığı tərəfindən batırılıb). Buenos-Ayresin şimalında yerləşən prestijli rayonlarından biri Belqrano adlanır. Kordova şəhərini təmsil edən "Belqrano" futbol klubu onun şərəfində adlandırılmışdır.
Xarici keçidlər Belqrano milli institutu Argentina Təhsil nazirliyi tərəfindən M. Belqrano haqqında dərc edilmiş məlumat
İstinadlar
Kateqoriya:İtalyanəsilli argentinalılar Kateqoriya:Argentina inqilabçıları