Kütləvi açıq onlayn kurs () və ya açıq onlayn kurs dedikdə internet vasitəsilə təşkil olunan kurslar nəzərdə tutulur. Adətən videomühazirələr, fərqli yazılı dərs materialları və tapşırıqlar kimi ənənəvi kurs elementlərindən ibarət olur. Lakin zamanımızda bir çox kütləvi açıq onlayn kurslar tələbələr, professorlar və müəllim köməkçiləri (TA) arasında qarşılıqlı əlaqəni təmin etməkdən ötəri virtual forumlar və ya sosial media müzakirələri ilə müzakirələr, təcrübə mübadilələri də təşkil edirlər. Kütləvi açıq onlayn kurs distant təhsilin bir formasıdır.

Qısa olaraq MOOC kəliməsi ingilis dilində "massive open online course" yəni "kütləvi açıq onlayn kurs" deməkdir. Termin 2008-ci ildə ABŞ-də pulsuz, asanlıqla əldə edilə bilən, tamamilə onlayn kurslar üçün istifadə edilməyə başlamışdır . Hazırda Coursera, edX, FutureLearn və s. kimi kütləvi açıq onlayn kursları dünyanın ən yaxşı universitetlərindən təhsil almaq imkanı yaradır.

Kütləvi açıq onlayn kurslarda adətən qəbul kriteriyaları olmur. Harada yaşamağınızdan və maddi vəziyyətinizdən asılı olmayaraq iştirak edə bilirsiniz. Təlimlər onlayn təşkil olunduğu üçün böyük sayda insanlar eyni vaxta bu kursları keçə bilər. Elə bu səbəbdən də bu cür kursları "kütləvi" adlandırırlar.

Son illərdə kütləvi açıq onlayn kurs modeli uğurlu olduğundan universitetlərlə yanaşı bir çox təlim kursları, İBM, Microsoft, Meta, Amazon və s. kimi şirkətlər də öz təlimlərini belə platformalar üzərindən təşkil etməyə başlamışlar .

Hazırda Coursera"Find the right online degree program for you" . Take your career to the next level with an online degree., FutureLearn, edX kimi platformalarda hətta bakalavr və magistr dərəcəsi almaq da mümkündür.

Tarix

Kütləvi açıq onlayn kursların ilkin tarixçəsi məsafədən təhsil ilə sıx əlaqədardır. İlk dövrlərdə, məsafədən təhsil ideyaları 1890–1920-ci illərdə yazışma kursları şəklində başlamışdır, daha sonra isə kursların radio və televiziya yayımı ilə məsafədən təhsilin ilkin formalarını ortaya qoydu. Məsələn, 1954-cü ildə yaradılmış Stanford Honors Cooperative Program şirkətlərdə axşam vaxtı video dərslər təklif etməyə başladı və bu, tam akkreditə olunmuş magistr dərəcəsinə gətirib çıxardı . 2000-ci illərdə texnologiyanın sürətli inkişafı ilə məsafədən təhsildə də xeyli dəyişikliklər baş verdi: fərqli resurslardan onlayn öyrənənlərin sayı artdı, açıq öyrənmə imkanları genişləndi və ilkin MOOC nümunələri meydana çıxmağa başladı .

İlk MOOC-lar açıq təhsil resursları (OER) hərəkatından meydana gəldi və bu hərəkat MIT OpenCourseWare layihəsi ilə daha güclü təkan aldı .

OER hərəkatı çərçivəsində 2006-cı ildə Wikiversity yaradıldı və platformadakı ilk açıq kurs 2007-ci ildə təşkil edildi. 70-dən çox tələbənin iştirak etdiyi on həftəlik kurs, Wikiversity-ni açıq və pulsuz təhsil platforması kimi sınaqdan keçirmək üçün istifadə edildi. MOOC termini 2008-ci ildə Thompson Rivers Universitydən Dave Cormier tərəfindən Connectivism and Connective Knowledge (həmçinin CCK08 kimi tanınır) adlı kursa cavab olaraq irəli sürülüb .

Kütləvi açıq onlayn kursların inkişafı ilə, universitet sistemindən kənarda fəaliyyət göstərən və ya fərdi, öz tempində öyrənmə ideyasını əsas tutan Khan Academy, Peer-to-Peer University (P2PU), Udemy və Alison kimi digər e-təhsil platformaları meydana çıxdı; bunlar MOOC-lara oxşar hesab olunurYuan, Li, and Stephen Powell. MOOCs and Open Education: Implications for Higher Education White Paper . University of Bolton: CETIS, 2013. pp. 7–8..

Kütləvi açıq onlayn kursların bəzi növləri Bir çox kütləvi açıq onlayn kursları bitirdikdən sonra sizə dərəcə və ya sertifikatlar verilir. Bu baxımdan onları aşağıdakı kateqoriyalar üzrə ayırmaq olar:

Pulsuz Bu kurslar tamamilə pulsuzdur və adətən heç bir sertifikat verilmir. Siz yalnız dinləyici kimi iştirak edib kurs materialları ilə tanış olursunuz. Coursera və edX kimi platformalarda sonradan ödəniş edərək tapşırıqlara giriş əldə etmək və sertifikat almaq imkanı da vardır.

Sertifikatlı kurslar Ödənişli əsaslarla kursa yazılıb, oradakı tapşırıqları bitirdikdən sonra kursun sonunda sizə sertifikat verilir. Adətən bu sertifikatlar 40 ABŞ dollarından 300 dollara qədər dəyişir. Belə kursların əksəriyyəti ali məktəblər tərəfindən təqdim edilsə də son zamanlar böyük korporasiyaların da kursları geniş vüsət almaqdadır .

Mikro-dərəcə Mikro-dərəcə ali təhsil dərəcəsindən aşağı sayılır və adətən üç-altı kursdan ibarət proqramı bitirməyə görə verilir. Platformalar bu dərəcələrə fərqli adlar verir, məşhur MOOC platforması edX-də mikro-dərəcələr "micromasters" adı ilə təqdim edilir .

Onlayn dərəcə Onlayn dərəcə proqramları universitetlərdə magistr və ya bakalavr proqramlarına bərabərdir. Onlayn dərəcə proqramları ümumiyyətlə ənənəvi qəbul prosesi ilə təşkil olunur. Qəbul olunmuş tələbələr MOOC platformalarının imkanlarından istifadə edərək universitetdə təhsil alırlar. Bu dərəcələr ənənəvi yolla əldə edilmiş bakalavr və magistr dərəcəsinə ekvivalentdir. Hazırda FutureLearn, edX və Coursera platformalarında onlayn dərəcələr almaq mümkündür .

Korporativ təlim Kütləvi açıq onlayn kurs platformalarından şirkətdaxili korporativ təlimlər üçün də geniş istifadə edilir. Bir çox platformalarda korporasiyalar üçün abunə imkanları vardır. Şirkətlər platformaya abunə olduqdan sonra əməkdaşlar kurslardan yararlana bilirlər .

Həmçinin bax France université numérique Coursera edX Udacity Udemy

İstinadlar

Xarici keçidlər FutureLearn Coursera Udacity edX Udemy

Kateqoriya:Ali təhsil Kateqoriya:Distant təhsil Kateqoriya:2008-ci ildə yaranan saytlar