– Yaponiya mühəndisi və siyasətçisi. Yaponiyada aviasiya sənayesinin qabaqcılı olmuşdur.
Həyatı Çikuhey Nakacima 1884-cü ildə Yaponiyanın Qunma prefekturasında doğulmuş, Donanma Mühəndislik Məktəbindən məzun olmuş, Avropa və ABŞ-də təhsil almışdır. O, donanmada xidmət edərkən təyyarələrin donanma üçün potensialını dərk etmiş və 1917-ci ildə donanmanı tərk edərək Təyyarə Tədqiqat İnstitutunu yaratmışdır. Bu institut daha sonra "Nakajima Aircraft" şirkətinə çevrilərək Nakajima Model 5 kimi bir çox hərbi təyyarə və mühərrik istehsal etmişdir.
Nakacima 1930-cu ildə Yaponiya parlamentinin Nümayəndələr Palatasına seçilmiş və 1939-cu ildə Riken Seyyukay partiyasının liderlərindən biri olmuşdur. 1937–39-cu illərdə dəmiryolu naziri, 1945-ci ildə ticarət və sənaye naziri olmuşdur. İkinci dünya müharibəsindən sonra – 1950-ci ildə "Nakajima Aircraft" şirkəti 12 müstəqil şirkətə bölünmüşdür. Bu şirkətlərdən beşi birləşərək "Subaru" avtomobil şirkətinin əsasını qoymuşdur.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Yaponiya nazirləri Kateqoriya:Yaponiyanın şirkət təsisçiləri Kateqoriya:Yaponiya mühəndisləri Kateqoriya:Yaponiyanın iş adamları