Qüstav Emil Buassonad de Fontarabi (; ) – Fransa hüquqşünası. O, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuş, Yaponiyanın mülki məcəlləsinin hazırlanmasında iştirak etmişdir.
Həyatı və karyerası Qüstav Buassonad 1825-ci ildə Fransada doğulmuşdur. Paris Universitetində hüquq üzrə təhsil almış və doktorat dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Qrenobl Universitetində dərs deməyə başlamışdır. 1873-cü ildə Ədalət Nazirliyinin dəvəti ilə Yaponiyaya gəlmiş və 1895-ci ilə qədər Yaponiya hökuməti üçün işləmişdir.
Buassonad Yaponiyada Xarici İşlər Nazirliyinin, Qenroin təşkilatının və İmperial Hakimiyyət Bürosunun məsləhətçisi kimi xidmət göstərmişdir. Ədalət Nazirliyinin Hüquq Məktəbinin təlimçisi kimi bir çox hüquqşünas yetişdirmişdir. O, Yaponiyanın cinayət məcəlləsinin və mülki məcəlləsinin tərtib olunmasında iştirak etmişdir.
Buassonad Yaponiyada cinayət işi üzrə çarpaz sorğulama zamanı işgəncə metodunun ləğv olunması üçün petisiya ünvanlamış və uğurlu olmuşdur. Yaponiya hökuməti 1874-cü ildəki Tayvan ekspedisiyası zamanı onun beynəlxalq hüquq biliklərindən istifadə etmişdir. Buassonad Qeyri-bərabər müqavilələrin təftiş olunmasına qarşı çıxmış, Yaponiyanın xarici əlaqələrinə böyük təsir göstərmişdir.
Mükafatları Buassonad 1895-ci ildə Yaponiya hökuməti tərəfindən "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur. O, bu ordenin I dərəcəsi ilə təltif olunmuş ilk əcnəbi şəxs olmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Meyci hökumətinin xarici məsləhətçiləri Kateqoriya:Fransa hüquqşünasları Kateqoriya:Yaponiyadakı Fransa qürbətçiləri Kateqoriya:Yaponiyada xarici pedaqoqlar Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:Yaponiya hüquqşünasları