Knorr xinolin sintezi — sulfat turşusundan istifadə edərək, β-ketoanilidi 2-hidroksixinolinə çevirən molekuldaxili üzvi reaksiyadır. Bu reaksiya ilk dəfə 1886-cı ildə Lüdviq Knorr (1859–1921) tərəfindən müəyyən edilmişdir. center|450px|The Knorr pyrrole synthesis

Reaksiya suyun ayrılması ilə müşayiət olunan elektrofil aromatik əvəzetmə reaksiyasıdır. 1964-cü ildə aparılan tədqiqat işi müəyyən reaksiya şərtləri ilə 4-hidroksixinolinin sintezinin rəqabətli reaksiya olduğunu müəyyən etdi. Məsələn, benzoilasetanilid (1) birləşməsi çox miqdarda polifosfor turşusunda (PFT) 2-hidroksixinolin (2), lakin PFT-un miqdarı az olduqda 4-hidroksixinolin (3) əmələ gətirir. Reaksiya mexanizmi həlqəni bağlaya bilən artıq turşuya malik N, O-dikationik aralıq A-nı və monokationik aralıq B-ni əks etdirir. Anilin 4-hidroksixinolin əmələ gəlməzdən əvvəl benzoilasetanilidin digər bir ekvivalenti ilə reaksiyaya daxil olur. 500px|center|Knorr 1886 synthesis 2007-ci ildə aparılan bir araşdırma ilə reaksiya mexanizmi yenidən nəzərdən keçirildi, NMR spektroskopiyası və nəzəri hesablamalara əsaslanaraq, N, O dikationik aralıq məhsula nisbətən O, O-dikationik aralıq məhsula (superelektrofil) üstünlük verilmişdir. Reaksiya üçün triflüormetansulfoturşu tövsiyə olunur: center|700px|Mechanism of Knorr pyrrole synthesis

İstinadlar ^ Synthetische Versuche mit dem Acetessigester Justus Liebig's Annalen der Chemie Volume 236, Issue 1–2, Date: 1886, Pages: 69–115 Ludwig Knorr doi:10.1002/jlac.18862360105 ^ The Conversion of Benzoylacetanilides into 2 — and 4-Hydroxyquinolines B. Staskun J. Org. Chem. 1964; 29(5); 1153–1157. doi:10.1021/jo01028a038 ^ Knorr Cyclizations and Distonic Superelectrophiles Kiran Kumar Solingapuram Sai, Thomas M. Gilbert, and Douglas A. Klumpp J. Org. Chem. 2007, 72, 9761–9764 doi:10.1021/jo7013092

Kateqoriya:Üzvi reaksiyalar