Yaşıl yarpaq () — 1928-ci ildə Türkiyədə yaşayan azərbaycanlı mühacirlər tərəfindən nəşr olunan jurnal.
Haqqında 16 iyun 1928-ci ildə nəşr edilən Yaşıl Yarpaq jurnalı azərbaycanlı mühacirlərin nəşr etdirdiyi 3-cü jurnal idi. O, "Yeni Qafqaziya", "Azəri Türk" jurnallarından həcminə və təsir dairəsinə görə daha zəif idi. "Orxaniyyə" mətbəəsində çıxan jurnalın ünvanı bu şəkildə qeyd olunub: İstanbul, Aya Sofiya qarşısında Hilali-Əhmər caddəsi. Nömrə 6. Jurnaldakı ilk məqalə "On sənə arxamızda" adlanır. Jurnalın ikinci sayı 5 iyul 1928-də çıxıb. Jurnal 8 səhifədən ibarət olub və son nömrəsini 1 sentyabr 1928-ci ildə nəşr edib. Jurnalın baş redaktoru Məmməd Sadıq Aran olub. Bundan başqa jurnalda Ərdoğan və Sisyanlı imzalarına da rast gəlinir.
Jurnalın başlıq bölməsində "əməlpərvər azərilərin qələmi ilə 15 gündə bir nəşr olunur, ictimai, siyasi, müstəqil millətpərvər məcmuadır" ifadələrinə yer verilmişdir.
Məqsədi Yaşıl yarpaq jurnalının ilk nömrəsində yayımlanan "Yolumuz" adlı məqalədə jurnalın məqsədi aşağıdakı sözlərlə bildirilmişdir:
Sovet rəhbərliyinin təzyiqləri ilə "Yeni Qafqaziya" və "Azəri Türk" jurnalları kimi “Yaşıl yarpaq” jurnalı da qısa müddəyli nəşr həyatından sonra qapadılmışdır.. Redaksiya heyətində dəyişikliklər olmadığı üçün jurnalın əsas mövzusu sovet rəhbərliyinin ruslardan başqa digər icmalara təzyiqləri olmuş və bu vəziyyət jurnal tərəfindən ciddi şəkildə tənqid olunmuşdur.
Yenə birinci nömrədəki “Arxamızda on il” sərlövhəli məqalədə 1918-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra son on ildə nələrin dəyişdiyi açıqlanır:
İstinadlar
Mənbə
Həmçinin bax