Alessandro Florenzi() — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və İtaliya milli komandasında müdafiəçi kimi çıxış edir.
Karyerası Florenzi peşəkar klub karyerasına 2011-ci ildə "Roma" klubunda başlayıb, lakin 2011–12 mövsümünü icarə əsasında "Krotone" klubunda keçirib. Florenzi 2019-cu ildə Daniele De Rossinin gedişindən sonra "Roma"nın yeni kapitanı təyin edildi. Daha sonra 2020–21 mövsümündə İspaniyanın "Valensiya" və Fransanın "Paris Sen-Jerman" klublarında icarə əsasında çıxış edib. "PSJ" ilə "Fransa Superkuboku"nu və Fransa Kubokunu qazanıb.
21 avqust 2021-ci ildə "Milan", sonradan transfer edə bilmək imkanı ilə Florenzinin "Roma"dan icarəyə göturur. Florenzi 30 iyun 2022-ci ilə qədər komanda ilə müqavilə imzalayır. O, "Milan"ın heyətində ilk qolunu dekabrın 22-də "Empoli" klubuna qarşı 4–2 hesabı ilə bitən oyunda vurdu, bu həm də A Seriyasında onun cərimə zərbəsindən ilk qolu oldu. "Milan"dakı ilk mösümundə komanda ilə "İtaliya A Seriyası"nın qalibi olur. Bu Florenzinin qazandığı ilk İtaliya çempionluğu olur.
1 iyul 2022-ci ildə "Milan", Florenzini "Roma"dan daimi olaraq transfer etdiyini elan etdi. Müdafiəçi klubla 30 iyun 2025-ci ilə qədər müqavilə imzalayır.
Milli komanda səviyyəsində o, 2013-cü ildə "UEFA U-21 Avropa Çempionatı"nda ikinci yeri tutmuş 21 yaşadək futbolçulardan ibarət İtaliya milli komandasının üzvü idi. O, həmçinin UEFA Avro 2016 və UEFA Avro 2020-də İtaliyanın əsas komandasının heyətində olub. Futbolçu İtaliya milli komandası ilə UEFA Avro 2020 turnirinin qalibi olub.
Karyera statistikası 30 avqust 2022-ci il tarixində yenilənib: KlubSeasonLiqaÖlkə kubokuBeynəlxalqDigərToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolRoma2010–11A Seriyası10000000102012–1336331——3942013–1438640——4262014–153551090—4552015–163371081—4282016–17900041—1312017–1832100100—4212018–192931080—3832019–201402020—180Top227251213620028028Krotone FK (icarə)2011–12B Seriyası351110——3611Valensiya (icarə)2019–20La Liqa1201010—140Paris Sen-Jermen (icarə)2020–21Liqa 12124010010362Milan (icarə)2021–22A Seriyası2422040—302Milan2022–232000000020Total262204000322Career total321402015121039843
Uğurları Paris Sen-Jermen
Fransa Kuboku: 2020–21 Fransa Super kuboku: 2020
AC Milan
A Seriyası: 2021–22
İtaliya U21
21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatının ikincisi: 2013
İtaliya Milli Komandası
UEFA Avropa Çempionatı: 2020
Fərdi
Pallone d'Argento : 2015–16
Digər left|50x50px 5-ci dərəcəli / Cəngavər: Cavaliere Ordine al Merito della Italiana Repubblica: 2021
İstinadlar
Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtalyan futbolçular Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Krotone FK futbolçuları Kateqoriya:Valensiya FK futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:"İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Roma şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular