Ərəb — Azərbaycan Respublikasının Masallı rayonunun Xırmandalı kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.

Əhalisi Əhalisi 1106 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimiyası Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdür. Mənbələrin məlumatına görə, təkcə xəzər–ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdir. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdır. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi. Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti II cild, Bakı “Şərq-Qərb”, 2007, 304 s.  

Həmçinin bax

İstinadlar

Kateqoriya:Masallı rayonunun kəndləri