() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Haqqında Erkəyi başqa vələmirquşlarından sarımtıl boğazı ilə seçilir. Başı və döşü açıq bozdur. Qanadları və quyruğu qonur, quyruğunun yanlarında ağ zolaqlar vardır. Qalan lələklənməsi oxra-qəhvəyimtildir. Dimdiyi qırmızımtıldır. Dişilər və cavanlar erkəkdən bellərindən və çinədanlarındakı uzununa qonur alalarla yaxşı seçilir. Yuvalama dövründə cüt-cüt, sonra isə sürü ilə gəzir. Yerdə yemlənir. Arealı Avropa və Asiyadır. Şərqi Afrikada qışlayır. Azərbaycanda adi yuvalayan, orta dağlıqda isə çoxaylı quşdur. Kolluqlarda, meşə kənarlarında və bağlarda məskunlaşır. Seyrək kollu və ya ağaclı talaları daha çox sevir. Qalan ərazidə uçub keçərkən rast gəlinir. Yuvasını yerdə kolun və ya otun altında qurur. İyunda 4-5 bulaşıq-ağ, qonur xallı yumurta qoyur. Bəzi cütlər mövsüm ərzində iki dəfə yumurta qoyur, aprelin ortalarında uçub gəlir, avqustun sonu və sentyabrda uçub gedir. Həşəratlar və müxtəlif otların toxumları ilə qidalanır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:Fransa mətbəxi Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Heyvanların rifahı Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar