Osman Abdulvahaboviç Nurməhəmmədov () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

1 mart 2026-cı il tarixinə olan məlumata görə, 320 xal göstəricisi ilə Azərbaycan idmançılarının reytinqində doqquzuncu yeri tutur.

Karyerası Osman Nurməhəmmədov 2020-ci ildə İstanbul şəhərində Yaşar Doğu Turnirinin bürünc medalına sahib oldu.

2021-ci ildə Osman Nurməhəmmədov əvvəlcə yanvarda Nitsa şəhərində baş tutan Fransa Qran-Prisinin gümüş medalına sahib oldu, sonra isə fevralda Kiyev şəhərində baş tutan beynəlxalq turniri 8-ci pillədə başa vurdu. Bundan sonra Osman Nurməhəmmədov nüfuzlu turnirlərdə medallara sahib oldu. Apreldə Polşada Avropa Çempionatının bürünc, mayda KYRM-da U23 Avropa Çempionatının isə gümüş medallarına sahib olan Osman Nurməhəmmədov, Norveçin Oslo şəhərində baş tutan Dünya Çempionatını bürünc, Serbiyanın Belqrad şəhərində baş tutan U23 Dünya Çempionatını isə qızıl medalla başa vurdu.

2022-ci ildə isə Osman Nurməhəmmədov fevralda Bolqarıstanda D. Kolov — N. Petrov beynəlxalq turnirini və martda Macarıstanda Avropa Çempionatını bürünc medalla başa vurdu. Daha sonra iyunda Roma şəhərində Matteo Pellicone Turnirinin qızıl, avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının isə gümüş medallarına sahib olan Osman Nurməhəmmədov, sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatını bürünc medalla başa vurdu.

Osman Nurməhəmmədov 2023-cü ildə əvvəlcə fevralda Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Apreldə isə Osman Nurməhəmmədov Zaqreb şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə məğlub olan Osman Nurməhəmmədov Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin ilin iyulunda Polşada Poland Open beynəlxalq turnirinin qalibi olan Osman Nurməhəmmədov sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.

2024-cü ilin aprelində Osman Nurməhəmmədov Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12020Yaşar Doğu Turniri Türkiyə3.22021Fransa Qran-Prisi Fransa2.3Kiyev Turniri Ukrayna8.4Avropa Çempionatı Polşa3.5U23 Avropa Çempionatı KYRM2.6Dünya Çempionatı Norveç3.7U23 Dünya Çempionatı Serbiya1.82022D. Kolov — N. Petrov Turniri Bolqarıstan3.9Avropa Çempionatı Macarıstan3.10Matteo Pellicone Turniri İtaliya1.11İslam Həmrəyliyi Oyunları Türkiyə3.12Dünya Çempionatı Serbiya3.132023Zagreb Open Xorvatiya3.14Avropa Çempionatı Xorvatiya2.15Poland Open Polşa1.16Dünya Çempionatı Serbiya2.172024Zagreb Open Xorvatiya20.18Avropa Çempionatı Rumıniya16.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:Rusiya idman ustaları