Payam Turk (; ) — Cənubi Azərbaycanlı reper. 11 uşaqlı bir ailənin sonbeşiyi olan Payam hal-hazırda anası ilə birlikdə Ərdəbil şəhərində yaşayır. O, İranda musiqi qadağaları və çətinliklərinə baxmayaraq ayaqda qala bilmiş, səsi ilə təkcə Ərdəbili deyil, ölkə sərhədlərini belə aşmağı bacarmış reperdir.

Hazırda Azərbaycanın ən çox dinlənilən reperi kimi tanınan Payam, Şimali Azərbaycan və Türkiyədə də çox sayda dinləyici qazanıb. Youtube platforması vasitəsilə məşhurlaşan sənətkarın bir neçə mahınısı milyonlarla baxış qazanmışdır.

Həyatı

Fəaliyyəti Payam repə başlamadan illər öncə şeir yazmağla məşğul olurdu. Məktəb illərində fars dilli repçi MZ ləqəbli dostu Payam Turku fars repi ilə tanış etdi. Onun ritm üstündə fars yazmaların görüb, dinləyib və bunun türkünü yazmaq qərarına gəlir. 2010-cu ildən musiqi fəaliyyətinə başlayır.

201‪2-ci ildə “Demə Dəişil” adlı albom çıxarır. Elə o illərdədə MZ ilə Wave Records adlı studio açaraq, onu böyütmək və leybl yaramaq istəyirdilər. Ancaq İranda repin qadağa olduğu üçün dövlət tərəfindən təhditlər gəlir və qrup bağlanır.

2019-2020-ci illərdə şəxsi və cəmiyyətdə olan problemlərlə bağlı "Dostum", "Nənə" və "Üzü Qaralar" adlı musiqiləri yayımladı və İranda populyarlaşdı.

2020-ci il II Qarabağ Müharibəsində Uran ilə birgə "Azərbaycanım" adlı sinql yayımlanır.

2021-ci ildə İslam Şirvani ilə birgə "Mənəm Türk" adlı treki yayımlanır. O, ölkədəki türklüyə qarşı aparılan assimilyasiya siyasətinə qarşı çıxıb, türklüyü ilə fəxr etdiyini söyləyir. Eyni zamanda o, zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsini nəzərə alaraq quzeydə çıxan günəşin güneydə parladığını deyir. Hazırda bu trek “Youtube”-da 30 milyondan çox baxış qazanıb.

2023-cü ildə Yener Çevik ilə birlikdə “Mənəm Türk” mahnısının yeni bir formatda “Menem Türk” adlı trekini klip ilə birgə yayımlayır.

Diskoqrafiya

Sinqllar

Albomlar Payam Turkun diskoqrafiyasına 1 studiya EP albomu daxildir. AdİlAlbomun üz qabığıQeydQaranlıq2021 Nifrət Nənə 2 Yaradan

İstinadlar

Xarici keçidlər Payam Turk — Facebook səhifəsi

Payam Turk — Instagram səhifəsi

Payam Turk — Twitter hesabı

Payam Turk — Tiktok hesabı

Payam Turk — Telegram kanalı

Payam Turk — YouTube kanalı

Payam Turk — SoundCloud hesabı

Kateqoriya:Azərbaycan repçiləri