– Yaponiyada müxalifətin seçkilərdə iştirakına mane olmağı bildirən termin. Yaponiya tarixində üç senkyo kanşo halı yaşanmışdır.

Hadisələr Birinci hal 1892-ci ilin fevralında parlamentin Matsukata Masayoşi kabineti tərəfindən buraxılmasından sonra baş vermişdir. Müxalif partiyalar Ciyuto və Rikken Kayşinto Matsukata kabinetinə təzyiq edərək kəskin büdcə kəsirlərini qəbul etdirmişdirlər. Seçkilər zamanı daxili işlər naziri Şinaqava Yaciro hökumətdən müxalifətə qarşı hər cür tədbiri görmək barədə təlimat almışdır. Hətta bəzi bölgələrdə iğtişaşlar baş vermiş, 25 nəfər ölmüş, 288 nəfər yaralanmışdır. Buna baxmayaraq, müxalif partiyalar parlamentdə 163 yer tutaraq çoxluğu təşkil etmişdir.

İkinci hal 1915-ci ilin martında Okuma Şiqenobunun parlamenti buraxmasından sonra baş vermişdir. Şiqenobu hərb gücü genişləndirmək istəsə də, parlamentdə çoxluğu təşkil edən Rikken Seyyukay partiyası ona mane olmuşdur. Daxili işlər naziri Oura Kanetake Rikken Doşikay və digər hökumət tərəfdarı partiyalar üçün səsləri almış, hətta hökumətin rayonlardakı qələbəsini təmin etmək üçün yerli idarəçilərə təzyiq etmişdir. Nəticədə, Doşikay parlamentdə yerlərin çoxunu tutmuşdur.

Üçüncü hal 1928-ci ildə baş vermişdir. 1927-ci ildə Tanaka Qiiçi kabineti yaradılmışdır. Kenseykay və Seyyu Honto partiyalarının birləşməsi ilə yaranan Rikken Minseyto partiyasının Nümayəndələr palatasında yerlərin çoxunu tutmasından sonra Tanaka parlamenti buraxmışdır. 1928-ci ilin fevralında baş tutan seçkilər zamanı hökumət daxili işlər naziri Suzuki Kisaburonun vasitəsilə seçkilərə müdaxilə etmişdir. Hökumət partiyası olan Seyyukay qalib gəlsə də, Suzuki tənqid olunmuş və o, istefa etməli olmuşdur.

Hüquq Yaponiya konstitusiyasının 21-ci maddəsi siyasi azadlığı təmin edir və seçkilərdə iştiraka mane olmağı qadağan edir.Yaponiya konstitusiyası.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiyada seçkilər Kateqoriya:Seçki saxtakarlığı