Fransa-Osmanlı İttifaqı və ya Franko-türk alyansı — 1528-ci ildə I Fransisk və Sultan Süleyman Qanuni tərəfindən Habsburqlu V Karlın gücünü zəiflətmək üçün qarşılıqlı maraq əsasında bağlanmış ittifaq. Bu ittifaqın bəhanəsi "Osmanlı imperiyasının xristian təbəələrinin müdafiəsi" idi. Bu "Heraldik zanbaqla aypara ittifaqı" Avropada böyük səs-küyə səbəb oldu. "Kafir" türklərə qarşı birgə "səlib yürüşləri" ideyalarının hələ də havada olduğu Xristian Avropasında bu ittifaq uzun müddət xatırlanmadı. Əslində isə müqavilə üç əsrdən artıq qüvvədə qaldı.
1553-cü ildə Fransa-Osmanlı ittifaqı, Fransa kralı II Henrinin dövründə ən yüksək inkişaf mərhələsində oldu. Karl Yakob Burhardt (1947) bu ittifaqı "zanbaqlarla aypara arasında günah dolu birləşmə" kimi təsvir etmişdir. Alyansın rəsmi müqaviləsi Napoleonun Misirə yürüşü (1798) zamanı qüvvədən düşdü.
Tarixi 250px|thumb|left|Tisian Veçellio, I Fransisk və Sultan Süleyman Qanuni 1453-cü ildə Fateh Sultan Mehmed tərəfindən İstanbulun fəthindən və Sultan Səlimin Yaxın Şərqi (İran istisna olmaqla) fəth etməsindən sonra Sultan Səlimin oğlu I Süleyman 1522-ci ildə Osmanlı hakimiyyətini Serbiyaya qədər genişləndirdi. Osmanlıların Balkanlarda möhkəmlənməsi Habsburqlar sülaləsi ilə birbaşa mübarizəyə daxil oldu.
Filip de Komminesə görə, Fransa ilə Osmanlı imperatorluğu arasındakı ilk dövr əlaqələri II Bəyazid tərəfindən Fransa kralı XI Lüdovikə 1483-cü ildə Pyer Dübuson tərəfindən Burqanufda saxlanılan və eyni zamanda Osmanlı taxtına rəqib olan qardaşı Cem Sultan üçün elçi göndərməsi zamanı başlayıb. XI Lüdovik elçi ilə görüşməkdən imtina etdi. Qeyd edək ki, səfir Cemi Fransanın himayəsində saxlamaq üçün çoxlu pul və bəzi xristian müqəddəs əmanətlərini gətirmişdi. 1489-cu ildə Cem Papa VIII İnokentinin himayəsi altında verildi.
Fransa 1500-cü ildə XII Lüdovikin dövründə Misirdə Məmlük dövləti ilə ilk kapitulyasiya müqaviləsi bağladı. Məmlük sultanı fransızlara və katalanlara bəzi imtiyazlar verdi ki, bu imtiyazlar sonradan I Süleyman tərəfindən genişləndirildi.
XVI əsrdə Fransa artıq Mərkəzi Avropada müttəfiqlər axtarırdı. Fransanın səfiri Antonio Rinkon 1522–1525-ci illər arasında I Fransisk tərəfindən Polşa və Macarıstana bir neçə dəfə diplomatik missiya ilə göndərilmişdi. 1522-ci il Bikokk döyüşündən sonra I Fransisk Polşa kralı I Sigizmund ilə müttəfiq olmağa çalışırdı. Nəhayət, 1524-cü ildə I Fransisk və Polşa kralı I Sigismund arasında Franko-Polşa ittifaqı imzalandı.
Mərkəzi Avropada müttəfiq axtarışının əhəmiyyətli dərəcədə intensivləşməsi fonunda fransız hökmdarı I Fransisk 24 fevral 1525-ci ildə Pavia döyüşündə imperator V Karlın qoşunları tərəfindən məğlub edildikdə baş verdi. Bir neçə ay həbsdə qaldıqdan sonra I Fransisk alçaldıcı Madrid müqaviləsini imzalamağa məcbur oldu. Bu müqavilə ilə o, Burqundiya hersoqluğu və Şaroleyi V Karla verməli, İtaliyaya olan ambisiyalarından əl çəkməli, xain Konstebl de Burbona bütün mülklərini və əmlakını qaytarmalı oldu.
Sultan I Süleyman Qanuni ilə I Fransiskin ittifaqı 250px|thumb|right|Sultan I Süleyman Qanuninin mülklərində xristianların müdafiəsi ilə bağlı Fransa kralı I Fransiskə məktubu. Sentyabr 1528. Arxiv Nationales, Paris, Fransa Bu ittifaq hər iki hökmdar üçün Habsburq evinin hegemonluğuna qarşı mübarizə aparmaq üçün bir fürsət idi. I Fransiskin məqsədi Habsburqlara qarşı müttəfiq tapmaq idi, baxmayaraq ki, müsəlmanların qüdrətindən istifadə etmək siyasəti onun sələflərininkinin siyasətinin idi. I Fransiskin istifadə etdiyi bəhanə "Osmanlı kapitulyasiyaları" adlı müqavilələrlə Osmanlı torpaqlarında xristianları qorumaq idi. İlk dövrlər kapitulyasiyalar hər bir xristian dövləti ilə ayrı-ayrılıqda bağlanırdı. İlk kapitulyasiya müqaviləsi 1453-cü ildə Genuya Respublikası ilə Osmanlı imperiyası arasında imzalanmışdır. Təxminən 1535-ci ildə Sultan Süleyman Qanuni Fransa ilə kapitulyasiyaya imza atdı.
Fransa, XII Lüdovik dövründə 1500-cü ildə Qahirədə Məmlük sultanı ilə kapitulyasiya başlamışdı. Türklər Osmanlı-məmlük müharibəsi nəticəsində Misiri fəth etdilər. Onlar fransızlarla bağlanan kapitulyasiyanı dəstəklədilər və fəaliyyətlərini bütün imperiya boyunca genişləndirdilər.<ref>Convention regarding the Abolition of the Capitulations in Egypt, Protocol, and Declaration by the Royal Egyptian Government (Montreux, 8 may 1936) Art 1.</ref>
Kral I Fransisk ilk ittifaq qurmaq cəhdlərinin göstərildiyi zaman Madriddə həbs edildi. I Süleymanla görüşə ilk fransız missiyası Pavia döyüşündən dərhal sonra I Fransiskin anası Luiza de Savoyya tərəfindən göndərilmişdi. Lakin diplomatik missiya Bosniyaya gedən yolda yoxa çıxdı.1525-ci ilin dekabrında kral I Fransiskin azad edilməsini və Habsburqlara hücumu tələb edən gizli məktublarla Osmanlı imperiyasının paytaxtı İstanbula çatmağı bacaran Con Franqipaninin başçılığı ilə ikinci missiya göndərildi. Franqipani 6 fevral 1526-cı ildə Süleymanın cavabı ilə qayıtdı.
Sultan I Süleyman Qanunin I Fransiskə cavab məktubunda deyilirdi:
250px|thumb|left|Fransanın İngiltərədəki səfiri Jan de Dintevil, Gənc Hans Holbeyn tərəfindən "Səfirlər" əsərində, 1533, şəkildə o, İntibah dövründə Osmanlı xalçaları nümunəsi ilə əks etdirilib Fransa kralının xahişləri I Süleymanın Avropadakı ambisiyalarına uyğun gəlirdi. Bu ona 1526-cı ildə Mohaç döyüşünə səbəb olan Macarıstan krallığına hücum etmək üçün bəhanə verdi. Üstəlik osmanlılar Fransa kimi bir ölkə ilə ittifaqa girmənin əlverişli olmasını düşünürdülər. Çünki bu onlara Avropa mülklərində daha yaxşı legitimlik qazandırırdı.
Eyni zamanda V Karl Səfəvilərlə Habsburq-Səfəvi ittifaqı yaratmaq üçün manevrlər edirdi. Onun bunda əsas məqsədi Osmanlı imperiyasının şərqdən hücuma məruz qalması idi. Bu məqsədlə 1525-ci ildə I Şah Təhmasibə ilk elçilər göndərildi. 1529-cu ildə isə I Şah Təhmasibin hüzuruna Osmanlı imperiyasına hücum üçün yalvaran nümayəndə heyəti gəldi.
Konyak Liqası müharibəsi (1526–1530) davam edərkən, I Fransisk Mərkəzi Avropada müttəfiqlər axtarmağa davam etdi. O, 1528-ci ildə elə həmin il Osmanlı imperiyasının vassalı olan Macarıstan kralı Yanoş Zapolya ilə Franko-Macar ittifaqı yaratdı. 1528-ci ildə də I Fransisk Osmanlı imperiyasında xristianların müdafiəsi bəhanəsi ilə yenidən I Süleymanla əlaqəyə girərək məscid edilmiş məbədlərin xristian kilsəsinə qaytarılmasını xahiş etdi. 1528-ci ildə I Fransiskə cavab məktubunda I Süleyman onun bu xahişinə nəzakətlə imtina etdi. Lakin öz mülklərində xristianların müdafiəsinə zəmanət verdi. O, həmçinin 1517-ci ildə Misirdə fransız tacirlərinin əldə etdiyi imtiyazları təzələdi.
I Fransisk Avropa yürüşlərində məğlub oldu və 1529-cu ilin avqustunda Kambrey sülhünü imzalamalı oldu. O, hətta osmanlılara qarşı mübarizə aparan V Karla bir neçə döyüş gəmisi vermək məcburiyyətində də qaldı. Bununla belə, osmanlılar Mərkəzi Avropadakı yürüşlərini davam etdirdilər və 1529-cu ildə Vyananı mühasirəyə aldılar. 1532-ci ildə isə Osmanlı ordusu yenidən Habsburq paytaxtına yürüş edərək onu mühasirəyə saldı.
Səfirliklər mübadiləsi 1532-ci il iyul ayının əvvəlində Fransa səfiri Antonio Rinkon Belqradda I Süleymanın düşərgəsinə qoşuldu. Antonio Rinkon Süleymana Venesiyada 115.000 dukata hazırlanmış möhtəşəm dörd qatlı tac hədiyyə etdi. Rinkon Osmanlı düşərgəsini belə təsvir edirdi:
I Fransisk 1531-ci ilin martında Venesiya səfiri Qriqorio Qrittiyə türklərlə bağlı strategiyasını belə izah edirdi:Crowley, p.66
Fransa kimi Osmanlı da Parisə səfirliklər göndərdi. Belə ki, 1533-cü il Osmanlı səfirliyinə Xeyrəddin Barbarossa, 1534-cü ildə isə nümayəndə heyətinə I Süleymanın nümayəndələri başçılıq etdi. 250px|thumb|right|Fransa ilə ittifaq müqavilsinin layihəsini hazırlayan Sədrəzəm Parqalı İbrahim Paşa 1528-ci və 1536-cı illərdən başlayaraq iki ölkə arasında müqavilələr və ya kapitulyasiyalar imzalandı. Tunisin fəthində (1535) Andrea Doria tərəfindən məğlubiyyət Osmanlı imperiyasını Fransa ilə rəsmi ittifaqa girməyə sövq etdi. Səfir Jan de La Foret İstanbula göndərildi və ilk dəfə olaraq Osmanlı sarayında daimi səfir ola və müqavilələr bağlaya bildi. Jan de La Foret 1536-cı il fevralın 18-də Osmanlının Venesiya və Genuya ilə əvvəlki ticarət müqavilələri nümunəsi əsasında kapitulyasiyalar haqqında danışıqlar apardı. Lakin bu müqavilələr Osmanlılar tərəfindən daha sonralar, 1569-cu ildə səfir Klod Du Bourq ilə ratifikasiya edildi. Bu kapitulyasiyalar fransızlara xalqın və malların təhlükəsizliyi, ekstraterritoriallıq, gömrük haqlarının ödənilməsi müqabilində malların daşınması və satışı azadlığı kimi mühüm imtiyazlar əldə etməyə imkan verirdi. Bu kapitulyasiyalar fransızlara les Echelles du Levant (Levant torpaqları limanları) kimi tanınan dəniz liman şəhərlərində yaxın ticarət inhisarını verdi. Xarici gəmilər ticarətlərinin bir faizini ödədikdən sonra Fransa bayrağı altında Türkiyə ilə ticarət etməli oldular.
İstanbulda Xalic körfəzi qarşısındakı Qalata qəsəbəsində Fransa səfirliyi və xristian kilsəsi quruldu. Osmanlı imperiyasında fransız tacirlərinə də ticarət imtiyazları verildi. 1535-ci il kapitulyasiyaları ilə fransızlar bütün Osmanlı limanlarında sərbəst ticarət etmək imtiyazı aldılar. 1536-cı ildə rəsmi ittifaq bağlandı. Fransızlar Osmanlı imperiyasında öz dinlərini etiqad etməkdə sərbəst idilər və fransız katoliklərinə müqəddəs yerlərin nəzarəti verilmişdi. The French were free to practice their religion in the Ottoman Empire, and French Catholics were given custody of holy places. Kapitulyasiyalar 1604-cü ildə yenidən yeniləndi və 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasına qədər davam etdi.
Birgə hərbi əməliyyatlar I Süleyman Barbarossanı donanmasını genuyalılar və Milanlılarla döyüşmək üçün I Fransiskin sərəncamına verməyi əmr etdi. 1533-cü ilin iyulunda I Fransisk Le Puyda Osmanlı nümayəndələrini qəbul etdi və bunun müqabilində Antonio Rinkonu Barbarossa ilə görüşmək üçün Şimali Afrikaya sonra isə Kiçik Asiyaya göndərdi. Suleiman explained that "he could not possibly abandon the King of France, who was his brother". The Franco-Ottoman alliance was by then effectively made. I Süleyman izah etdi ki, "Onun qardaşı olan Fransa kralını tək qoya bilməzdi". Fransız-Osmanlı ittifaqı artıq o vaxta qədər effektiv şəkildə qurulmuşdu. 1534-cü ildə türk donanması I Fransiskin tələbi ilə Habsburq imperatorluğuna qarşı hərbi əməliyyatlara başladı. İtaliya sahillərinə basqın etdi və nəhayət Fransanın cənubunda I Fransiskin nümayəndələri ilə görüşdü. Donanma 16 avqust 1534-cü ildə Tunisin fəthində (1534) iştirak etdi. Bununla yanaşı I Fransiskin dəstəyi ilə İtaliya sahillərinə basqınlarını davam etdirdi. Lakin əks-hücum zamanı V Karl Tunisin fəthi zamanı (1535) onları sıxışdıra bildi.
1536–1538-ci illərdə olan İtaliya müharibələrində Osmanlı və Fransa hərbi qüvvələri birgə hərəkət edirdilər. İtaliyada Fransa-Osmanlı hərbi əməkdaşlığı Jan de La Foret tərəfindən İstanbulda imzalanan 1536-cı il müqaviləsindən sonra baş verdi. I Fransisk 1536-cı ildə Savoyyanı işğal etdi və müharibəyə başladı. 1536-cı ilin sonunda Marseldə Genuyanı təhdid edən Fransa-Osmanlı donanması yerləşdirildi. I Fransisk 1536-cı ilin aprelində Milan və Genuyaya hücum edərkən, Barbarossa Aralıq dənizindəki Habsburq mülklərinə basqın edirdi. While Francis I was attacking Milan and Genoa in April 1536, Barbarossa was raiding the Habsburg possessions in the Mediterranean. 1536-cı ildə Fransız admiral Baron de Sant-Blankard, Balear adalarına və İbiza adasına hücum etmək üçün on iki fransız gəmisini Əlcəzairdəki Barbarossaya aid kiçik bir Osmanlı donanması ilə birləşdirdi (1 qalera və 6 qaliota). Sale qülləsini ələ keçirə bilmədikdən sonra donanma Tortosadan Kollioura qədər İspaniya sahillərinə basqın etdi. 15 oktyabr 1536-cı il tarixindən etibarən 30 qalereya ilə Marseldə qışladı. Bu tarixdə ilk dəfə türk donanmasının Fransa torpaqlarına (Qərbi Avropa - müəllif) daxil olması oldu.