və ya sadəcə Rikyu – yapon çay mərasiminin ustası. Çay mərasimi üzrə Sen məktəbinin qurucusudur.
Həyatı Rikyu 1522-ci ildə Yaponiyanın Sakay şəhərində doğulmuşdur. Onun babası Tanaka Senami şoqun Aşikaqa Yoşimasanın doboşularından – çay mərasimi xidmətçilərindən biri olmuşdur. Atası Yohey İzumi əyalətinə köçmüş və atasının adındakı "Sen" hissəciyini soyad kimi qəbul etmişdir. Ailə balıq satışı ilə məşğul olmağa başlamışdır.
Rikyu Naomi məktəbinin üzvü olan Kitamuki Doçindən, daha sonra isə Murata Şukonun məktəbinin üzvü olan Takeno Coodan yapon çay mərasiminin incəliklərini öyrənmişdir. Kiotoda yerləşən Daytoku məbədində isə Şorey Şukindən Zen dərsləri almışdır. 1570–1573-cü illərdə İmay Sokyu və Tsuda Soqyu ilə birlikdə Oda Nobunaqanın sadosu – çay mərasimi təşkilatçısı olmuşdur. Eyni vəzifəni Toyotomi Hideyoşi üçün də yerinə yetirmiş və ondan mülklər almışdır. O, 1585-ci ildə Hideyoşi tərəfindən İmperator Oqimaçinə həsr olunmuş çay mərasimini təşkil etmiş, 1587-ci ildə isə Hideyoşinin Kitano məbədində açıq havada keçirilən çay mərasimini idarə etmişdir.
Ölümü 1591-ci ildə Rikyu Hideyoşi ilə münaqişə yaşamış və intihar etməyə məcbur olmuşdur. Münaqişənin səbəbi bilinməsə də, bir neçə variant ortaya atılmışdır: özünün heykəlini Kimmokakuda yerləşdirməsi; qızını Hideyoşiyə verməməsi; çay ləvazimatları üçün böyük məbləğlər istəməsi. O, 21 aprel 1591-ci ildə ölmüşdür.
Töhfələri Sen no Rikyu yapon çay mərasiminə bir neçə yenilik gətirmişdir. Bambukdan hazırlanan çiçəkliklər, Raku keramikasından hazırlanan qara çay boşqabları və Amida no kama adlı dəmir çaydan onun çay mərasiminə gətirdiyi bir sıra yeniliklər idi. O, ələ yaxın olan sadə əşyalardan istifadə etməyə üstünlük vermiş və çay mərasiminin gündəlik aspektini vurğulamaq istəmişdir.
Rikyu şeirlərinin birində "çay mərasiminin su qaynatmaq, çay dəmləmək və onu içməkdən başqa bir şey olmadığını" qeyd etmişdir. O, çay evinin – çaşitsunun ölçüsünün kiçildilməsindən məsul şəxs olmuşdur. O, ölçünü iki tatamiyə, hətta bir yarım tatamiyə endirmiş, yoriay idealını tətbiq etmək istəmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyanın çay ustaları Kateqoriya:Yapon çay mərasimi Kateqoriya:Seppuku ilə intihar edənlər Kateqoriya:İntihara məcbur edilənlər