Filippo Qalli ( ) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Müdafiəçi kimi çıxış edib.
O, daha çox Milan klubu ilə uzun və uğurlu oyunu ilə yadda qalıb. Karyerasının böyük hissəsini keçirdiyi "Milan"da Barezi, Maldini, Kostakurta və Tassotti ilə birlikdə güclü müdafiə xətti formalaşdırıb. "The Immortals" və "The Invincibles" kimi tanınan "Milan"da məşqiçilər Arriqo Sakki və Fabio Kapello rəhbərliyi altında klubda keçirdiyi 15 mövsüm ərzində o, beş dəfə A Seriyası çempionluğu və üç dəfə UEFA Çempionlar Liqası titulunu qazanıb.
Karyera Filipponun ilk komandası "Milan" olub. 1981–1982-ci illərdə "Milan"ın gənclər komandasında oynayıb, sonra isə 1982/83 mövsümünü icarə əsasında Peskarada keçirib. 1983-cü ildə Qalli Milana qayıdır və 1996-cı ilə qədər orada oynayır. Rossoneri ilə o, bir çox titullar qazanıb, 325 oyun keçirib və 4 qol vurub. Qalli komandadan ayrıldıqdan sonra 2001-ci ilə qədər İtaliyanın "Regiana" və "Breşiya" klublarında çıxış edib.
2001/02 mövsümünü Filippo birinci divizionda çıxış edən İngiltərənin "Uotford" klubunda keçirib.
O, karyerasını 2004-cü ildə "Pro Sesto" klubunda başa vurub.
Titulları
Komanda
Milan A Seriyasının qalibi (5): 1987–88, 1991–92, 1992–93, 1993–94, 1995–96; İkinci (2): 1989–90, 1990–91. İtaliya Kubokunun ikincisi (2): 1984–85, 1989–90. Supercoppa Italiana Qalibi (4): 1988, 1992, 1993, 1994; İkinci (1): 1996. UEFA Çempionlar Liqasının qalibi (3): 1988–89, 1989–90, 1993–94; İkinci (2): 1992–93, 1994–95. UEFA Superkubokunun qalibi (3): 1989, 1990, 1994; İkinci (1): 1993. Qitələrarası kubokun qalibi (2): 1989, 1990; İkinci (2): 1993, 1994.
İstinadlar
Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Recana FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:1984 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Breşiya FK futbolçuları Kateqoriya:Peskara FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İtaliya şəxsləri