Demetrio Albertini () — Keçmiş italiyalı futbolçu. Mövqeyi yarımmüdafiəçi olub. Karyerasının böyük hussəsini "Milan" klubunda keçirib. 12 il İtaliya millisinin üzvu olub. Milli komandanın heyətində çıxışı zamanı 79 oyun keçirib, 3 qol vurub. Milli komanda ilə Dünya (1994) və Avropa (2000) çempionatlarının gümüş mükafatçısı olub.

Karyera Albertini "Milan"ın futbol məktəbinin yetirməsidir və 17 yaşında A Seriyasında debüt etdikdən sonra böyük klubda 14 çox uğurlu il keçirdib. 1988–1989 mövsümündə Arriqo Sakkinin rəhbərliyi altında əsas komandaya dəvət edilir. 15 yanvar 1989-cu ildə, "Milan"ın "Komo" üzərində 4–0 evdə qalib gəldiyi oyunda debüt edir.

O, 1990–91 mövsümünün bir hissəsini təcrübə qazanmaq üçün B Seriyasında yarışan "Padova Calcio" klubunda icarə əsasında keçirdir. Burada 28 oyunda meydana çıxaraq 5 qol vurur və daha sonra ən perspektivli gənc italyan ulduzlarından biri kimi "Diadora" şirkəti tərəfindən mükafata layiq görülür. "Padova" ilə uğurlu mövsümdən sonra o, 1991–92 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında 4 nömrəli köynək geyinərək "Milan"ın həmin mövsüm məğlubiyyətsiz titul qazanmasına köməklik göstərərək, 1991–92 mövsümündə özünü "Milan"ın böyük komandasının əsas heyətində özunə yer edir.

Albertini "Milan"la 1991–92-ci il mövsümündə A Seriya çempionluğunu qeyd edir.

Albertini "Milan"da 1992, 1993 və 1994-cü illərdə ardıcıl üç A Seriyası çempionluğu titulunu qazanır və 1996 və 1999-cu illərdə daha iki dəfə çempion olur. Bundan əlavə, o, "Milan" ilə Çempionlar Liqasında 41 oyun keçirir. Rossonerilər 1993–1995-ci illər arasında ardıcıl üç finala yüksələrək 1994-cü ildə kuboku qazanır. O, klubda oynadığı müddətdə iki dəfə UEFA Superkuboku, üç İtaliya Superkuboku və bir Qitələrarası Kubok qazanıb. Albertini 2002-ci ilə qədər "Milan"da qalır. Sonradan Albertinin keçmiş komanda yoldaşı olmuş məşqçi Karlo Ançelotti onun mövqeyində meydana çıxan Andrea Pirlonu oynatmağa üstünlük verir. Dimitrio "Milan" heyətində ümumilikdə 293 oyunda meydana çıxaraq 21 qol vurur. "Milan"ın heyətində bütun turnirlərdə isə, 406 oyunda iştirak edərək 28 qol vurub.

Milandan ayrıldıqdan sonra Albertini müxtəlif komandaların şərəfini qoruyur. 2002–03 mövsümünü İspaniyanın "Atletiko Madrid" klubunda icarə əsasında keçirdir və burada meydana çıxdığı 28 oyunda 2 qol vurur.

2003–04 mövsümündə "Latsio" klubunun oyunçusu Cüzeppe Pankaro ilə dəyişdirilir və "Latiso" klubuna keçir. Burada, "Milan"da qazana bilmədiyi İtaliya Kubokunu qazanır və klub üçün 23 oyunda meydana çıxaraq 2 qol vurur.

2004–05 mövsümünə "Atalanta" klubunda başlayır. "Atalanta"da 14 oyunda meydana çıxır və debüt oyununda qol vurur. Yanvar ayında, keçmiş komanda yoldaşı olmuş Frank Raaykardın dəvəti ilə "Barselona" klubuna qoşulur və burada 5 oyunda meydana çıxaraq "Barselona"nın İspaniya çmpionu olmasına kömək edir.

Karyera statistikası

Klub +Klub, yarış və mövsümlərə görə oyun və qol sayı.KlubMövsümLiqaKubokAvropaDigərToplamDivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolMilan1988–89A Seriyası1000––––101989–901000––––101990–910020––––201991–9228350––––3331992–932926071104331993–9426300131204141994–9530240110204721995–963003050––3801996–972982051103791997–9828092––––3721998–9929230––––3221999–20002611050103312000–0112020112––2522001–022404080––360Toplam293214126557040628Padova (icarə)1990–91B Seiyası285––––––285Atletiko Madrid2002–03La Liqa28221––––303Latsio2003–04A Seriyası2324080––352Atalanta2004–05A Seriyası14121––––162Barselona2004–05La Liqa50––10––60Karyerasında toplam391314947457052140

Milli komanda +İllərə görə milli komandada oyun və qol sayıMilli komandaİlOyunQolİtaliya199110199240199360199414019958219967019979019981001999602000110200120200210Toplam792

Uğurları

Klub

Milan A Seriyası (5): 1991–92, 1992–93, 1993–94, 1995–96, 1998–99 İtaliya Superkuboku (3): 1992, 1993, 1994 Avropa Çempionlar Kuboku/UEFA Çempionlar Liqası (3): 1988–89, 1989–90, 1993–94 UEFA Superkuboku (2): 1989, 1994 Qitələrarası Kubok (1): 1989

Latsio İtaliya Kuboku (1): 2003–04

Barselona La Liqa (1): 2004–05

Milli komanda

İtaliya 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatı (1): 1992 FIFA Dünya Kuboku ikincisi (1): 1994 UEFA Avropa Çempionatının ikincisi (1): 2000

Fərdi UEFA Avropa Çempionatının Turnirin Komandası: 2000 Milan FK Şöhrət Zalı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Atletiko Madrid FK futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:1994 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Padova FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular