Arxiyepiskop Avqustin, əsl adı ilə dünyada Aleksey Vasilyeviç Vinoqradski (; ) — Rus Pravoslav Kilsəsinin yepiskopu, dən Moskva və Kolomna arxiyepiskopu.
Həyatı Aleksey Vasilyeviç Vinoqradski də Moskvada anadan olmuşdur. Onun atası Vasili Mixaylov İlyinka küçəsində yerləşən Solunlu Dmitri kilsəsinin keşişi və ikona rəssamı olmuşdur.
Təhsilinə Perervinskaya İlahiyyat Seminariyasında başlamış və Slavyan-Yunan-Latın Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra seminariyada müəllim olmuş və 1788-ci ildə Troitse-Sergi lavrasının seminariyasına ritorika müəllimi təyin edilmişdir. O, 1792-ci ildə seminariyada prefekt və fəlsəfə müəllimi olmuşdur. O, 1794-cü ildə saç kəsdirmə mərasimindən keçmiş və Avqustin adını almışdır. 1795-ci ildə Troitse Seminariyasında rektor və ilahiyyat müəllimi olmuşdur.
30 aprel 1797-ci ildə imperator I Pavel tacqoyma mərasimindən sonra Troitse-Sergi lavrasını ziyarət etmişdir. Bu münasibətlə Avqustin təşəkkür nitqi söyləmişdir. Bu çıxışa və tələbələrin uğuruna görə rektor Avqustinə monarx tərəfindən brilyant qaşlı qızıl saat hədiyyə edilmişdir. 21 noyabr 1798-ci ildə Mojaysk Lujetski monastırının arximandritinə təqdis edilmişdir. O, elə həmin il I Aleksandrın tacqoyma mərasimi zamanı gənclərin tərbiyəsində çalışqanlığına və uğurlarına görə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir. 1802-ci ilin yanvarından Slavyan-Yunan-Latın Akademiyasının rektoru və ilahiyyat müəllimi, Zaykonospasski monastırının arximandriti olmuşdur.
14 iyul 1812-ci ildə "Müqəddəs Aleksandr Nevski" ordeninə layiq görülmüşdür.Впоследствии, 29 августа 1815 года получил бриллиантовые знаки к ордену.
də Moskvada Üçlük kompleksində vəfat etmişdir. Dəfn mərasimi Çudov monastırının kafedralında edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Московский некрополь: в 3 томах / Сост. В. И. Саитов, Б. Л. Модзалевский. — СПб.: Тип. М. М. Стасюлевича, 1907. — Т. 1 (А—И). — С. 3—4. Словарь членов Общества любителей Российской словесности при Московском Университете. — М.: Печатня А. Снегиревой, 1911. — С. 1. Петруня О. Э. Августин (Виноградский) // Православная энциклопедия. — М., 2000. — Т. I : «А — Алексий Студит». — С. 110-111. — 752 с. — 40 000 экз. — . Маркина Т. В. Преосвященный Августин (Виноградский) и Отечественная война 1812 г. // Ежегодная богословская конференция ПСТБИ, 1997. — С. 139—143
Xarici keçidlər Проповеди архиеп. Августина (Виноградского) на сайте Слово пастыря Латинская элегия на смерть Моисея Гумилевского
Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər