İosif Abqaroviç Orbeli (, ; ) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru.

Həyatı İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur.

Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır. Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir. O, bu ərazidə yerləşən memarlıq abidələri haqqında hərtərəfli məlumat əldə etməyə kömək edən bələdçi kitabça nəşr etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Варшавский С., Рест Б. Подвиг Эрмитажа. СПб., 1995. Иосиф Орбели. Сборник документов и материалов. / Изд. 2-е. — Ереван: Национальный архив Армении, 2013. — 344 с. Исследования по истории культуры народов Востока. [Сборник в честь академика И. А. Орбели]. М.; Л., 1960; Логунова М. О. Орбели Иосиф Абгарович — человек, учёный, общественный деятель. К 125-летию со дня рождения // Четырнадцатые Петровские чтения : материалы Всерос. науч. конференции 21–22 ноября 2012. — СПб.: Петровская академия наук и искусств, 2012. — С. 228–232. — 0,4 п.л. Мегрелидзе И. В. И. Орбели. 2-е изд. Тб., 1987; (2-е изд. 1986); Іван Іванович Мєщанінов (1883–1967), Йосип Абгарович Орбелі (1887–1961): Бібліографічний покажчик праць з архітектурознавства та історії матеріальної культури / Упоряд. Ю. Л. Мосенкіс, А. О. Пучков. — Київ: НДІТІАМ, 1995. — 24 с.

Xarici keçidlər Биография на сайте Национальной академии наук Армении Биографическое эссе об Иосифе Орбели Его статьи на Math-Net. Ru

Kateqoriya:Rusiya şərqşünasları Kateqoriya:SSRİ şərqşünasları Kateqoriya:Erməni tarixçilər Kateqoriya:SSRİ arxeoloqları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Rusiya muzeylərinin direktorları Kateqoriya:Rusiya imperiyası arxeoloqları Kateqoriya:Medievistlər