Azərbaycan mifologiya və folklor varlıqlarının siyahısı — azərbaycanlıların mifoloji düşüncələr sisteminə uyğun olaraq Azərbaycan mədəniyyətində mövcud olan varlıqların siyahısıdır.
Panteon
Tanrılar
Erkək tanrılar Azərbaycan mədəniyyətində babalıq adı daşıyan əsatiri obrazlar çoxdur. Alqış və qarğışların deyilməsində onlara müraciət edilir. Bunlara misal olaraq Aran Baba, Piri Baba, Şah Baba, Baba Dərviş misal göstərilə bilər:
Göy Tanrı və ya Tenqri. Azərbaycan dilində "Tenqri" sözündən törəmiş "Tanrı" sözü vardır. Azərbaycanlılarda Allahı göylə düşünmə təmayülü vardır. Tanrıya şükür edilərkən Günəşə dönər və ya şükür edilən nemət Günəşə çevrilərdi. Günəşdə ilahi bir hikmət olduğu qəbul edilərdi. Ənənəvi türk xalq inanclarında Tanrının göylə əlaqələndirilməsi İran Azərbaycan türkləri arasında "göydəki Tanrıya and olsun", "göy haqqı", "ay haqqı" kimi deyimlərdə yaşadılır. "Göy haqqı" xüsusilə göyün müqəddəsliyinə işarə edir. Ağac Ata və ya Ağac kişi. Dağ meşələrində yaşayan ruhlardır. Xoşagəlməz qoxuya sahib olub, meymunla insan arasında görünüşə malikdirlər, hər iki cinsə aid nümayəndələri tüklüdür. İnanılır ki, yemək axtaran ağac-kişilər gecənin qaranlığında bağçalara və bağlara baş çəkir, insanlar tərəfindən atılan paltarları geyirlər.В. Б. Агач-Киши // Мифы народов мира / Гл. ред. С. А. Токарев. — М.: Советская энциклопедия, 1987. — Т. I. — С. 35. Al Dədə. Yurd hamisi rolu oynayır. Bu mifik təsəvvür türk xalqlarında məğlubedilməz igidlərin dağa dönərək yurdu qoruması inancına çevrilmişdir. Tovuzda "Al Dədə" ocağı bununla əlaqədardır. Albasdı. Türk xalqları mifologiyasında mənfi varlıq olsa da, azərbaycanlılarda doğum ve bərəkətin qoruyucusudur və bəzi uşaqları dərd və bəladan qoruyar. Andır xan. Od tanrısıdır. "Lənətə gəlmək" mənasında "Andıra qalmaq" ifadəsi işlədilir. Qara və çirkin mənasında "əntər" sözü də işlədilir. Ay Ata. Azərbaycanda və Şərqi Anadoluda Ay Ata eynən Günəş kimi ana olaraq təsəvvür edilir. Bəkil. Ov tanrısını adıdır. Boynun, başında ağ yeri olan, qulağı deşik heyvanın bir hissəsinin ov tanrısına qurban verilməsi adəti Azərbaycan və Sibir türklərində vardır. Eyni zamanda Azərbaycanda ov tanrılarına qoğal verilməsi adəti vardır.Avcılık İnanç Ve Ritüellerine Bakış. Aynur Celilova. Sosyal Araştırmalar ve Davranış Bilimleri Dergisi, 2019, Cilt 5, Sayı 8, s. 62–86. Cütçü Baba. Cüt təsərrüfatının hamisidir. Əkdiyi məhsul Əkinçi Baba tərəfindən qorunar, Yel Baba dənin samandan ayrılmasında iştirak edər. Çenbil. Dağ tanrıçasıdır. Azərbaycanlıların Koroğlu dastanında yer adına çevrilərək Çənlibel dağı olmuşdur. Əkinçi Baba. Əkin hamisidir, Yel Babanın qardaşıdır. Əkinçi Baba Cütçü Babanın əkdiyi məhsula hamilik edir, məhsulun tələf olmasının qarşısını alır. Qanım Xan. İnam tanrısıdır. Azərbaycanda razı salına bilməyən insanlara "qanmaz" deyilir. Qodu. Günəş çağırmaq və ya yağış yağdırmaq üçün tanrı. Qodu-qodu mərasimi bununla bağlıdır. Saya xan. Heyvandarlıqla məşğul olanları qoruyur. Saya mərasimi bununla bağlıdır. Tufan Div. Zülmət dünyasının padşahıdır. İldırım tanrısının ildırım çaxanda qız qaçırması mifinə uyğunluq "Tapdıq" nağılındakı Tufan Divdə də görülür. Tapdıq. Tufan Divin oğludur, Göy Oğlu kimi göydən yerə atılır və tapıldığı üçün adına Tapdıq deyilir. Yada. Yağış yağdıran tanrıdır. Öz adı ilə adlandırılan səma daşını yerə endirmiş və ya onu yerdə himayə etmişdir.Najafov, A. (2019). Azerbaycan halk inanışları. (Yayınlanmamış Yüksek Lisans Tezi). Necmettin Erbakan Üniversitesi, Sosyal Bilimler Enstitüsü Felsefe ve Din Bilimleri Anabilim Dalı, Konya. Yahu. Xəzərətrafı regionlarda balıqçılıq nəğmələrində adı keçir. Yel Baba. Keçmişdə taxıl sünbüldən çıxandan sonra buğdanı samandan çıxartmaq üçün çağrılırdı: "Taxılımız yerdə qaldı, yaxamız əldə qaldı. A Yel baba, Yel baba, Qurban sənə, gəl, baba!"
Qadın tanrılar 200px|thumb|right|Al Ana. Əzim Əzimzadə, 1939
Ulu Ana. Azərbaycan mifoloji mətnlərində göstərilir ki, dünyanın sonu gələndə bütün yaranmışlar ölüb gedəcəklər, tək bir Qarı nənə və bir də qurd qalacaqdır. Dünyanın sonundan danışılan esxatoloji miflərdə qarı obrazına təsadüf olunması həmin süjetlərin kosmoqonik miflər sırasına aid olması baxımından yaradılış aktındakı Ulu Ağ Ana obrazını yada salır. Azərbaycan mifoloji mətnləri içərisində kosmik qəzanı təsvir edən mif mətnindəki qarı isə ölüb dirilməni işarələyən yerin özünü rəmzləndirir. Bütün bunlar mifoloji qarı obrazının yaradılış aktındakı mifik ilahə Ana kompleksindən gəldiyini və onun atributlarını daşıdığını göstərir.Cəlal Bəydili (Məmmədov). Türk mifoloji obrazlar sistemi: struktur və funksiya (monoqrafiya). — Bakı: Mütərcim, 2007. — 272 səh. Böyük Ana. Azərbaycan qadınları keçmişdə mərhum üçün laylalar oxuyardılar. Bu adət ölümün Böyük Anaya qayıdış olması ilə bağlı qədim anlayışı əks etdirir.Gray, Laurel Victoria, "Arts: Folk Dancers and Folk Singers: Caucasus", in: Encyclopedia of Women & Islamic Cultures, General Editor Suad Joseph. Consulted online on 19 August 2023 <https://referenceworks.brillonline.com/entries/encyclopedia-of-women-and-islamic-cultures/arts-folk-dancers-and-folk-singers-caucasus-EWICCOM_0291b > Böyük Ana Kyubey xatun. İlk insanın Böyük Ana Kyubey xatunun bətnində yerləşən həyat ağacından yaranması ilə bağlı fikirlər mövcuddur. Al Ana və ya Hal anası. Pislik tanrıçasıdır. Qırmızı rəngli geyimləri olan, qırmızı saçlı bir qadındır. Doğuş zamanı zahının başının üstündə dayanır. Gözəgörünməz olan Hal anası anaya və ya uşağa xətər yetirmək məqsədini güdür. Ondan qorunmanın müxtəlif üsulları vardır: tüfəngdən güllə atmaq, zahıya kişi paltarı geydirmək və ya adını Məryəm çağırmaq.Məmmədova L. SMOMPK ("Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu") məcmuəsində kiçik janrlar. // "Folklorşünaslıq məsələləri" IX bur. Bakı, 2011, s.136–145. Unuqay. Qəbiristanlıq ətrafı ərazilərdə rast gəlinir. O, çox zaman yolla gedən atlıya, yaxud arabalı yolçuya sahibsiz keçi kimi görünür. Keçinin rəngi mətnlərin əksəriyyətində ağ, yalnız bircə mətndə qara verilir. Tapıntının keçi yox, Unuqay olduğu bilinəndən sonra onun ayaqları uzanmağa başlayır. Unuqayın ayaqlarının uzanması onun güclənməsinə səbəb olur.Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh. Alvız və ya Dağ ana. Övladları Qoşqar, Murov və Kəpəzdir.Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 174 s. Umay Ana. Azərbaycan inanclarında Humay qayasına başını qoyub yatan qadının uşağı olardı. Fatma qarı. Azərbaycan, Şərqi Anadolu və Şimali İraqın bəzi bölgələrində Umay Ananın vəzifələrini etnik-mədəni çərçivədə Fatma qarı motivi həyata keçirir. O, Azərbaycan inanclarında belində oxu və yayı olan bir varlıq şəklində göstərilir. Fatma qarı yayın göyə tutanda bolluq, yerə tutanda qıtlıq olur. Yer Ana. Novruz bayramında torpağın iki tərəfdən qazılması və altından keçidin düzəldilməsi, sonra insanların oradan keçməsi yer kultunun bir qalığı olub, torpaq ruhu və Yer Ana ruhundan yenidən canlanmağı ifadə edirdi. Türk mifologiyasında Yer Ana ilə əlaqələndirilən, zəif doğulan körpəni köhnə məzara qoyaraq bir gecə orada saxlamaq adətinin başqa bir forması Azərbaycan nağıllarında görülür. Ət parçası kimi doğulan uşaq Simurq quşu tərəfindən bir çayın suyunda üzdürülür və daha sonra uşaq gözəlləşir.
İyələr
Əyələr və ya iyələr müəyyən təbii varlıqları qoruyan və ya onların təcəssümü olan mifoloji varlıqlar, yaxud hami varlıqlardır. Su iyəsi iyələrin ən ulusudur.
Bağ əyəsi. Bağa girəndə salam verilməli, bağdan çıxanda sağollaşdılmalıdır. Bağdan bir şeyin götürəndə icazə alınmalıdır.Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, "Şərq-Qərb", 2005. anl.az Canqulaz. İnsanları gecə yuxusundan ayıldan, qırmızı rəngli qara iyədir. Gündüz görünmür. Azərbaycan və Şərqi Anadoluda müxtəlif adlarla bu varlığa inanca rast gəlmək mümkündür. Çay nənəsi. Yaşlı qadın geyimində çayda yaşadığına inanılır. Körpüdən keçəndə suya çox baxılanda əsəbləşir və insanın başın döndürür. Başı dönən adamın gözləri qaralır və çaya düşür. Çən qarısı. Çən, çisək, qara dumanı torbasında saxlayır. Acığı tutanda torbasın açıb çən-dumanı boşaldır. Çən Yel Babanın xoşuna gəlməyəndə əsib onu dağıdır. Çoban və sürülərin iyəsi. Naxçıvan və Təbriz türkləri arasında rast gəlinir. Dağ iyəsi. Dağ ruhu nurani qoca olaraq təsvir edilir. Meşkinşəhrdəki Savalan dağının zirvəsinə qoyun götürüb dağ ruhu üçün qurban kəsilərdi. Bundan başqa duaları qəbul edilən şəxslər Ulu Tanrıya bu dağın zirvəsində qurban kəsərdi. Beləliklə, müqəddəs qəbul edilən dağların yer ilə göy arasında bağlantı qurduğuna inanılardı. Bu məntiqlə Dağ iyəsinin Göy Tanrı ilə əlaqə qurduğu qəbul edilmiş, hətta dağlar göyün qapısı sayılmışdır.Rahimi, M. "İran Türklüğünde Geleneksel Türk İnançlarının Etki ve İzleri" . Milli Folklor 16 (2019): 147–159 <https://dergipark.org.tr/tr/pub/millifolklor/issue/51228/666927 > Daş iyəsi. Gürcüstan azərbaycanlılarının yaşadığı Borçalı bölgəsində ağac, su, daş kimi yer-su iyələrinə aid inanclar onların yaşadığı yerlərin ziyarət edilməsi və onlara hədiyyə verilməsi şəklində davam edir.Memmedli, O. (2015). Borçalı ilinde eski Türk inançlarının izleri. (Yüksek LisansTezi). Niğde Ömer Halisdemir Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Niğde Dəyirman əyəsi. Ağbaba mahalı azərbaycanlılarının inancına görə dəyirmanda yaşayır və aylı gecələrdə gözlərinə göründüyü insanlar ondan qorxarsa dəli olur, qorxmazsa dəyirman əyəsi onlara heç nə edə bilmir. Ev iyəsi. Hər evin bir iyəsi vardır. Bəzən adına "Ev cini" də deyilir. Dağıstan azərbaycanlılarında bu varlıq "Ev adamı" adlandırılır.Hallaç, A. T., & Yıldırım, S. (2024). "Basmak" Kökenine Dayanan Mitik Varlıklar ve Kafkaslardan Bir Uyku İblisi: "Bastırık". Folklor/Edebiyat, 30(117), 65–84. https://doi.org/10.22559/folklor.2625 (sayfa 73–74) Meşə iyəsi. Azərbaycan inanclarında Meşə iyəsi rolunu Ağac kişi oynayır. Heyvanların iyəsi. Azərbaycan nağıllarında pəri olaraq göstərilir. Meşə sahibi kimi təsəvvür edilən qadın hami ruhun nağıl versiyasıdır.Türk mitolojisinde dağ kültü . Füzuli Bayat. Folklor/Edebiyat, 12–2 (46, 2006/2) 47–60 ss. Od iyəsi. Azərbaycan inanclarında odu su ilə söndürməzlər, odun ruhu inciyər. Ov iyəsi. Ov heyvanlarının başçısıdır. Ovçular ov iyəsini və onun baxdığı heyvanı vurmamalıdır. Mifik mətnlərdə bu iyənin maral, ayı və ceyran şəklində variantları mövcuddur.Sarpkaya, S. (2022). AZERBAYCAN TÜRKLERİNİN EFSANELERİNDE EKOFOLKLOR BAKIŞ AÇISIYLA AV, SU VE AĞAÇ . Folklor Akademi Dergisi, 5 (1), 59–77 . Retrieved from https://dergipark.org.tr/en/pub/folklor/issue/69545/1087187 Pir iyəsi. Culfada yağmur pirləri deyilən ziyarət yerləri vardır. Burdan götürülən daşlar evlərdə suya salınar, pir iyəsi isə pirdə qalmış daşlar da eynən su ilə qovuşsun deyə yağış yağdırarlar. Yağış yağandan sonra gənclər evləri dolaşıb daşları toplayar, pirlərə geri qaytararlar. Oxşar inanclara Muğan və Gəncə bölgəsində də rast gəlinir. Su sahibi. Qoruyucu ruhlar olan Sahiblərin ən üstünüdür. Səhər suya gedəndə ona salam verilməlidir. Su çirkləndirilərsə, Su sahibi insanlara ziyan verər. Qazax inanclarına görə sudan ilk dəfə keçən ona bir şey atmalıdır. Ərdov (Ərdoy). Su ruhunu təmsil edən mifik varlıqdır. Ərənlər. Suda yaşadığına inanılan ərənlər Su ruhuna bağlıdırlar. Belə bir deyim var: "Yalan desən, səni suyun ərənləri vursun". Subaba/Baba Sucəddin. Çeşmələri qoruyan su iyələridir. Onlara ziyan verən insanları cəzalandırarlar.Akbaş Ercan, Ceren. "Türk Dünyası Atasözlerinde Mitolojik Izler." MasterThesis, October 30, 2020. https://tez.yok.gov.tr/UlusalTezMerkezi/tezDetay.jsp?id=Q-z_okijQZ7nyc3KhZqpGA&no=7R-NZdO3oQLNUZTgcQXEhg Həmçinin bax: Sucəddim ayini