thumb|Kamo Akvariumunun meduzariumu. Meduzarium və ya meduza akvariumu – meduzaların saxlanılması üçün nəzərdə tutulmuş akvarium növü.

Meduzariumlar Dünyada ən böyük meduzarium Yaponiyanın Yamaqata prefekturasının Tsuruoka şəhərindəki Kamo Akvariumunda yerləşir. Burada 60-dan çox meduza növü saxlanılır və ən zəngin meduza kolleksiyasına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Fransada yerləşən Paris Akvariumunda Avropanın ən böyük medizariumlarından biri yerləşir. Honkonqda yerləşən Okean Parkındakı meduzariumda 1000-dən çox meduza sərgilənir və cənub-şərqi Asiyanın ilk meduza sərgisi burada baş tutmuşdur.

ABŞ-nin ən böyük medizariumu Kaliforniya ştatındakı Monterey Körfəzi Akvariumunda yerləşir. Bu medizarium bir müddət dünyanın ən böyük meduza kolleksiyasına malik idi və ABŞ-da meduzariumların populyarlaşmasının qabaqcılı olmuşdur.

Qalereya

Həmçinin bax Meduza gölü

İstinadlar

Kateqoriya:Akvariumçuluq