Aleksey Kaşşuk (, ) — Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" klubunda yarımmüdafiəçi mövqeyində oynayan ukraynalı peşəkar futbolçu.Aleksey Kaşşuk — Soccerway
Karyerası
Gənclik karyerası Jitomir vilayətinin Novoqrad-Volınski şəhərində anadan olan Kaşşuk "Şaxtyor" klubunun gənclər idman məktəbinin yetirməsidir. O, klubun tərkibində U-14 (2013) və U-15 (2014) yaş kateqoriyalarında Ukrayna Gənclər Futbol Liqasının çempionu olub. 2014/15 mövsümündə 21 matçda 23 qol vuraraq U-16 komandasının bombardiri olub. Kaşşuk 14 may 2016-cı ildə "Şaxtyor"un U-21 komandasında debüt edib. O, 2017/18 mövsümünə gənclərdən ibarət komanda tərkibində başlayıb, "Vorskla" ilə görüşdə (3:1) qol vurub və həmin mövsümün sonunda Ukrayna Gənclərarası çempionatının qızıl medalını qazanıb.
Klub karyerası Kaşşuk 2018-ci ildə "Şaxtyor"un ikinci komandasına, 2019-cu ildə isə əsas komandasına keçib, lakin əsas heyətdə debüt edə bilmədən dərhal "Mariupol" klubuna icarəyə veriib. O, Ukrayna Premyer Liqasında bu klub ilə, 3 avqust 2019-cu ildə "FC Oleksandriya" ilə oyunun ikinci hissəsində əvəzedici kimi debüt edib.
29 mart 2022-ci ildə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sabah" klubu Kaşşuku mövsümün sonuna qədər icarəyə götürüb.
Kaşşuk 2024-cü ilin 3 sentyabrında "Şaxtyor" klubu ilə müqaviləsi başa çatdıqdan və azad agentə çevrildikdən dərhal sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" klubu ilə 3 illik müqavilə imzalayıb.
Beynəlxalq karyera Kaşşuk Ukrayna milli futbol komandasının tərkibində 2019 FİFA U-20 Dünya Kubokunun qalibi olub. O, komandasının oynadığı 7 oyunun hamısında iştirak edərək Ukraynanın uğurunda əhəmiyyətli rol oynayıb.
6 mart 2024-cü ildə Ruslan Rotan tərəfindən Ukrayna Olimpiya Futbol Komandasının 2024 Yay Olimpiya Oyunlarına hazırlıq üçün yaradılmış ilkin heyətinə çağırılmışdır.
İstinadlar
Kateqoriya:Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Vorskla Poltava FK futbolçuları