və ya Kiyoşi Sato – Yaponiya bakterioloqu.
Həyatı Kiyoşi Şiqa 1871-ci ildə Yaponiyanın Senday hanında doğulmuşdur. 1896-cı ild Tokio Universitetinin tibb fakültəsinin bakteriologiya bölməsindən məzun olmuşdur. O, Şibasaburo Kitazatonun başçılığı altında Yoluxucu Xəstəliklər İnstitutunda və Karantina Bürosunda işləyərkən 1897-ci ildə dizenteriyanın törədicisi olan Shigella dysenteriae bakteriyasını kəşf etmişdir. İki dəfə Almaniyaya səyahət edərək serologiya, immunologiya və vərəm üzrə dərslər almış, Paul Erlixin tələbəsi olmuşdur. 1906-cı ildə doktorat dərəcəsi almışdır.
Yaponiyaya qayıtdıqdan sonra 1915-ci ildə Kitazato İnstitutunun yaradılmasında iştirak etmiş və institutun bir bölməsinin başçısı olmuşdur. 1920-ci ildə Koreya general-qubernator xəstəxanasının direktoru seçilmişdir. 1920-ci ildə Keyo Universitetinin professoru olmuş, daha sonra Seul şəhərində yerləşən Keyco Universitetinin professoru (1925) və prezidenti (1929–1931) təyin olunmuşdur. Bu dövrdə Filippin, Hindistan, İtaliya, Britaniya və İsveç kimi ölkələri ziyarət etmişdir.
1944-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Kitazato İnstitutunun fəxri üzvüdür.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya bakterioloqları Kateqoriya:Meyci dövrü şəxsləri Kateqoriya:Tokioda vəfat edənlər Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:XIX əsr həkimləri Kateqoriya:XX əsr həkimləri