Sıtkı Güvenç () – Türkiyə siyasətçisi. Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi.
Həyatı və karyerası 1961-ci ildə Qəhrəmanmaraşın Pazarcık ilçəsində doğulmuşdur. İstanbul Universitetinin stomatologiya fakültəsindən məzun olmuş və bir müddət stomatoloq kimi işləmişdir. Qəhrəmanmaraş İl Sağlamlıq Müdirliyində xidmət göstərmiş, Ağız və Diş Sağlamlığı Mərkəzinin baş həkimi olmuşdur. 2011-ci ildə Ədalət və İnkişaf Partiyasının üzvü kimi Qəhrəmanmaraşdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilmişdi.
Ölümü 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində bina dağıntılarının altında qalaraq ölmüşdür.
Şəxsi həyatı Evli və 5 uşaq atası idi. Orta səviyyədə ingiliscə bilirdi. Qardaşı Celalettin Güvenç 2015-ci ildə Ədalət və İnkişaf Partiyasının Qəhrəmanmaraş təmsilçisi kimi deputat seçilmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə–Suriya zəlzələsində (2023) ölənlər Kateqoriya:Türkiyə siyasətçiləri Kateqoriya:Türkiyə stomatoloqları Kateqoriya:İstanbul Universitetinin məzunları