Cəmil Sidqi Zəhavi () () — İraq şairi, pedaqoqu, filosofu. O, müasir dövrdə ərəb dünyasının ən böyük şairlərindən biri hesab edilir və qadın hüquqlarının müdafiəçisi kimi tanınır.
Həyatı Cəmil Sidqi Zəhavi Bağdadda anadan olmuşdur. Atası İraq kürdlərindən idiZubaida, S. (2012). Iraq: History, Memory, Culture. International Journal of Middle East Studies, 44(2), 333-345. doi:10.1017/S0020743812000116 və Bağdad müftisi vəzifəsində çalışmışdır.Badawī, M. M., A Critical Introduction to Modern Arabic Poetry, Cambridge University Press, 1975, p. 45; Na Na, Autobiography and the Construction of Identity and Community in the Middle East, Springer, 2016. pp 111-112
Osmanlı hakimiyyəti dövründə Bağdad Təhsil Şurasının üzvü olmuş və burada qadınlar üçün təhsil almaq hüququnu müdafiə etmişdir. O, Bağdaddakı yeganə qəzet olan "əl-Zəvrə"nin redaktoru kimi fəaliyyət göstərmiş, Yəmən və İstanbul Ali Məhkəməsinin üzvü olmuşdur. O, ərəb dünyasının aparıcı yazıçılarından biri idi. Əsərləri Beyrut, Qahirə və Bağdadda böyük qəzet və jurnallarda çap olunmuşdur. Bəhailik təlimlərinin təsiri ilə 1896-cı ildən Misir dövri mətbuatında bəşəriyyəti birləşdirməyə hesablanmış "bütün xalqlar üçün universal" yazısını yaymaq üçün kampaniya aparmışdır.Захави / Чуков, Б. В. // Железное дерево — Излучение. — М. : Большая российская энциклопедия, 2008. — С. 294. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004—2017, т. 10). — ISBN 978-5-85270-341-5.
İstinadlar
Kateqoriya:İraq siyasətçiləri Kateqoriya:İraq şairləri Kateqoriya:Kişi feministlər Kateqoriya:İstanbul Universitetinin müəllimləri Kateqoriya:İraq müsəlmanları