350px|thumb|right|Ətbar çayı xəritədə Ətbar çayı (, ), yuxarı axarı Гоанг ()Claude Rilly, Le méroïtique et sa famille linguistique, Peeters, Louvain 2010, p. 179) — Afrikada çay. Bəzən Qırmızı Nil və yaxud Qara Nil də adlandırılır. Sudan və Efiopiyadan axır, Nil çayının sağ qolu. Sudanın Ətbar şəhəri yaxınlığında Nil çayına qovuşur.
Hidrologiyası Ətbar çayının mənbəyi Efiopiyada Tana gölünün yaxınlığında yerləşir. Əsasən Sudan yaylası boyunca axır. Çayın su təchizatı və suvarma üçün Xəşm əl-Qirbə su anbarı və su-elektrik stansiyası var. Orta su sərfi 374 m³/saniyədi. Çayın uzunluğu 1120 km-dir. Yağışlı mövsümdə (iyul-noyabr) Nil axınını əhəmiyyətli dərəcədə doldurur, bu zaman orta su axını təxminən 2000 m³ / s təşkil edir. İlin qalan vaxtı quruyur və Nilə çatmır. Yağışlı mövsümdə naviqasiya mümkündür.
Ətbarın əsas qollarından biri Bəhr əs-Salam çayıdır.
Ətbarın orta aylıq axını (1912–1982) mənbəyindən təqribən 25 km yuxarıda m³/s ilə ölçülür:
İstinadlar
Ədəbiyyat А́тбара // :ru:Малая советская энциклопедия / Гл. ред. Б. А. Введенский — 3-е изд. — М.: Советская энциклопедия, 1958. — 250 000 экз. — Т. 1. — С. 627.
Xarici keçidlər Maps of Ethiopia — Perry–Castañeda Library Map Collection, University of Texas
Kateqoriya:Efiopiya çayları Kateqoriya:Sudan çayları Kateqoriya:Sərhəd çayları Kateqoriya:Afrikanın beynəlxalq çayları