Xuan Nepomuseno Mendes (; ) — Meksika hərbi və dövlət xadimi. O, 6 dekabr 1876-cı ildən 17 fevral 1877-ci ilə qədər Meksika Prezidenti olmuşdur.

Həyatı Xuan Nepomuseno Mendes 1847-ci ildə ABŞ ilə müharibədə baş tutan döyüşlərdə iştirak etmişdir. 1854-cü ildə Ayutla planının lehinə çıxış etmişdir. İqnasio Saraqosa ilə birlikdə 5 may 1862-ci ildə Puebla döyüşündə işğalçı Fransa qüvvələrini məğlub etmişdir. O, 1876-cı ildə Tustepek planını həyata keçirmişdir. Bu zaman Mexiko şəhərini işğal edən Porfirio Dias hüquqi formaları saxlamaq istəmiş və Mendesi müvəqqəti prezident olaraq təyin etmişdir. Öz növbəsində, yeni dövlət başçısı general Diası əməliyyatlar ordusunun rəhbəri təyin etmişdir. Ona prezidentliyə iddialı olan Sebastyan Lerdo de Texada və Xose Mariya İqlesiasın son qüvvələrini məğlub etmək tapşırığını etmişdir. Porfirio Dias 1877-ci ilin əvvəlində rəqiblərini hərbi yolla özünə tabe olmağa məcbur etmiş və Mendes hakimiyyəti Diasa təhvil vermişdir. Daha sonra o, iki dəfə (1880 və 1885) Puebla qubernatoru və Ali Hərbi Məhkəmənin sədri olmuşdur.Biblioteca Digital UANL, Nuevo León, México, 1933 Instituto Nacional de Estudios Históricos de México, San Ángel, México, D.F (INEHRM) Gobernates de México, Panorama Editorial, 1985 Gobernates de México, Editorial Universo, México, 1988 Diccionario Porrúa de Historia, Biografía y Geografía de México, Porrúa, México, 1971 Resumen Histórico de los Gobernanes de México, Escorpio, S.A. de C.V., México, 1989

İstinadlar

Əlavə ədəbiyyat García Puron, Manuel, México y sus gobernantes, v. 2. Mexico City: Joaquín Porrúa, 1984. Orozco Linares, Fernando, Gobernantes de México. Mexico City: Panorama Editorial, 1985, .

Kateqoriya:Meksika prezidentləri