Akaşi boğazı () — Daxili Yapon dənizinin mərkəzi hissəsində yerləşən Avaci və Honşu adaları arasındakı boğaz. Akaşi boğazı Harim dənizi və Osaka körfəzini birləşdirir.
Hyoqo prefekturasındakı Akaşi şəhəri boğazın şimal sahilində, Avaci adası isə cənub sahilində yerləşir. 1988-ci ildən iki quru parçası Akaşi Kaykyo körpüsü ilə birləşdirilir.
Boğazın eni 4 km, ən böyük dərinliyi 135 m-dir. Boğazda qabarma-çəkilmə cərəyanları 6–7 düyün sürətinə çata bilir.
İstinadlar
Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Yaponiya boğazları Kateqoriya:Daxili Yapon dənizi boğazları