Tamara Anatolyevna Duda (), Tamara Oroxovoye Zyornışko təxəllüsü ilə də tanınır (; ) — Ukrayna yazıçısı. O, 2022-ci il Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı olmuş, 2019-cu ildə yazdığı "Qız" romanı "BBC" tərəfindən "İlin kitabı" seçilmişdir. Tamara Duda könüllü fəaliyyəti ilə tanınır.

Həyatı Tamara Anatolyevna Duda Kiyevdə anadan olmuşdur. 1992-ci ildə Ukrayna Humanitar Liseyini bitirmişdir. 1993-cü ildə Kiyev Universitetinin Jurnalistika İnstitutuna daxil olmuş, 1998-ci ildə diplomunu müdafiə etmişdir. 2003–-2005-ci illərdə Kiyev Beynəlxalq Universitetində təhsil almışdır. O, 20 ildən artıqdır ki, ingilis dilindən iqtisadiyyat haqqında mətnləri ukrayn dilinə tərcümə edir.

2014-cü ildən Tamara Duda Donbassda qarşıdurma zonasında könüllüdür. O, könüllü fəaliyyətinə görə Kiyev meri tərəfindən sertifikatla təltif edilmişdir.https://zn.ua/socium/tonkaya-stena-mezhdu-nami-i-voynoy-_.html Дзеркало тижня: Тонка стіна між нами і війною (12 червня 2015 року) Ailəlidir, üç övladı var.

"Qız" yazıçının ilk romanıdır. "Bilka" nəşriyyatında ukrayn və ingilis dillərində çap edilmişdir. Kitabdakı hadisələr 2014-cü ildə Ukraynanın şərqində Rusiya–Ukrayna müharibəsi zamanı cərəyan edir . Romanın ekrana uyğunlaşdırılması planlaşdırılır.

2021-ci ildə "Bilka" nəşriyyatı Tamara Dudanın ikinci romanı olan "Müdaxilə prinsipi"ni nəşr etmişdir. Kitab detektiv janrında yazılmışdır. Romanın baş qəhrəmanı Stanislava Rusiya–Ukrayna müharibəsində ərini itirmiş və onun yeganə təsəllisi iş olmuşdur. O, bir tanışının xahişi ilə əsas süjet hadisələrinin cərəyan etdiyi Çerkası vilayətindəki bir şəhərə gedir.

2021-ci ildə Tamara Duda "Qız" romanı ilə 2022-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatına "Ədəbiyyat" nominasiyası üzrə namizəd olmuşdur. Əsər müsabiqənin ikinci turuna buraxılmış və sonda qalib gəlmişdir.

Mükafatlar

"Qız" romanına görə 2022-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı.

İstinadlar

Xarici keçidlər

BBC Україна: «Ми не можемо чекати, доки народиться український Ремарк» — переможниця Книги року ВВС Тамара Горіха Зерня Перша книга, що стала хітом: київська письменниця презентувала роман про війну на Сході Радіо Свобода: «Ми з моєю героїнею свідомо переїхали в Донецьк» — авторка книги року ВВС Тамара Горіха Зерня BBC Україна: Тамара Горіха Зерня: «На війні витончується межа між світами» Тамара Горіха Зерня — авторка книги «Доця» Інтерв'ю: «Доця» — книга, яка назавжди змінить кожного, хто її прочитає Ісусе, синку: «Доця» як месія з Донбасу // Читомо Kateqoriya:Ukraynanın qadın yazıçıları