Ərmənət (keçmiş adı: Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun Xalxal kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Rayon mərkəzindən 15 km şimal–şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir.
Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz–Xalxal avtobus marşrutu ilə getmək olur.
Toponimikası Qaladağ dağının ətəyindədir. Keçmiş adı Oğuzyeri olmuşdur. Məşhur Oğuzlar qəbri bu ərazidə yerləşir. Kəndin əhalisi keçmiş Yazıqırağı kəndindən çıxmış ailələrdən ibarətdir.
Oykonim, ehtimal ki, orman (meşə) sözünə –ət şəkilçisini əlavə etməklə yaranmışdır; mənasını isə "ormanat", yəni "ormanlıq", "meşəlik" kimi açıqlamaq olar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 1863-cü il Şəki qəzasının Xaçmaz sahəsinin kameral təsvirinə əsasən Ərmənət kəndində 124 təsərrüfatda 485 nəfər əhali yaşayırdı ki, onların da 283 nəfərini kişilər, 202 nəfərini qadınlar təşkil edirdi.Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.81
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 571 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Oğuz rayonu
Xarici keçidlər
Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Oğuz rayonunun kəndləri