Viktoriya Markovna İvleva-York (; ) — Rusiya jurnalisti və fotoqrafı. "Azad media" mükafatı laureatı (2008).
Həyatı 1956-cı ildə Leninqradda anadan olub. Leninqrad Mədəniyyət İnstitutunda təhsil aldığı zaman fotoqrafiya ilə məşğul olan rəfiqəsi onu öz hobbisi ilə tanış edib. Fotoqrafiyadan ciddi təsirlənən Viktoriya, nəticədə institutu tərk edib və fotoqrafiya məktəbinə daxil olaraq, oranı bitirib. 1983-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.Виктория Ивлева — яркий журналист, смелый волонтёр и талантливый фотограф // Fotogora.ru.
SSRİ-nin dağıldığı dönəmdə dünyanın ayrı-ayrı qaynar yerlərində çalışıb. Ruanda və Xocalı soyqırımılarında fotoqraf kimi fəaliyyət göstərib.Виктория Ивлева // "Fotoqrafika" AkademiyasıViktoriya İvleva // "Justiceforkhojaly.org" 1992-ci ildə Çernobıl reaktorunun içindən reportaj hazırladığı üçün "World Press Photo" mükafatına layiq görülüb.ВИКТОРИЯ ИВЛЕВА // Svoboda.org
"Novaya qazeta" qəzetində işləyib. İvlevanın məqalələri "Oqonyok" jurnalında, "Moskovskie novosti", "Der Spiegel", "Le Figaro", "The Guardian", "The New York Times" qəzetlərində və digər nəşrlərdə dərc olunub.
Donbassdakı müharibədə Ukraynanı dəstəkləyir,Виктория Ивлева: Украина — нежная и ласковая страна, но Россия тянет ее к себе // Ukrainskaya pravda könüllü olaraq Xarkov fəalları ilə birlikdə Rusiya tərəfindən işğal olunmuş ərazilərdən insanları çıxarıb, dərman və ərzaq çatdırıb.Виктория Ивлева: «Я не видела ничего более несправедливого, чем война в Украине» // Platfor.ma 2022-ci ilin martından Kiyevdə yaşayır.
Foto sərgiləri "Müharibənin apofeozu" — fərdi sərgi, Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Krasnodar, Nalçik və Rusiyanın digər şəhərlərində, həmçinin Tbilisi və Kiyevdə nümayiş etdirilib. "Ukraynanın doğulması"
Filmoqrafiya Sonsuz dəhliz ()
İstinadlar
Xarici keçidlər Viktoriya İvleva və azərbaycanlı hərbçi Fərman Xəlilov. (Şuşa; 1991). Виктория Ивлева - яркий журналист, смелый волонтер и талантливый фотограф // Fotogora.ru (08.06.2018)
Kateqoriya:Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Rusiya fotoqrafları Kateqoriya:Hərbi jurnalistlər Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər