Vladimir Viktoroviç Yatsenko (; ) — Ukrayna kinoprodüseri.
Həyatı Vladimir Viktoroviç Yatsenko 10 dekabr 1977-ci ildə anadan olmuşdur. O, Kiyev Milli İqtisad Universitetini iqtisadiyyat, Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini prodüser ixtisası ilə (fərqlənmə diplomu) bitirmişdir. Yatsenko sonradan bu universitetlərdən ikinci diplomunu yandırılmalı olduğunu bildirmişdir.Продюсер «Додому» и «Дикого поля» Владимир Яценко: «Институт Карпенко-Карого нужно сжечь» // Bird In Flight, 6.11.2019.
Yatsenko 2000–2005-ci illərdə Moskvada işləmişdir. O, bu dövrdə əsasən reklam məhsulları ilə bağlı çəkilişlərdə iştirak etmişdir. Yatsenko 2004-cü ildə çəkilmiş "Gecə satıcısı" filminin direktoru idi (rejissor Valeri Rojnov, prodüseri Sergey Selyanov). Özünün xatirələrinə görə:
Yatsenko sonra Kiyevə qayıtmış və burada reklam çəkilişləri ilə məşğul olan "Limelite" istehsal mərkəzini təsis etmişdir. O, bir neçə qısametrajlı filmin, o cümlədən Mariya Ponomarevanın çəkdiyi "Valideynlər günü" (; 2018) filminin prodüseri və birgə prodüseri kimi çıxış etmişdir.
Yatsenko 2018-ci ildə Sergey Jadanın "Voroşilovqrad" romanı əsasında Yaroslav Lodıginin çəkdiyi "Vəhşi tarla" bədii filminin prodüseri olmuşdur. Film, Yatsenkonun sözlərinə görə, "cəsarətli eksperiment" olmuş və ziddiyyətli rəylər toplamışdır. O, 2019-cu ildə Nəriman Əliyevin çəkdiyi "Ev" filminin prodüseri olmuşdur. 26 yaşlı rejissorun debüt işi Kann Film Festivalının "Qeyri-müəyyən münasibət" proqramına seçilmiş, Odessa Beynəlxalq Film Festivalının Qran-pri mükafatına layiq görülmüş və Ukrayna tərəfindən "Oskar" mükafatına namizəd göstərilmişdir.«Додому» показали в Голливуде во время промокомпании фильма на соискание премии «Оскар» // Delo.ua, 28.11.2019. Yatsenkonun növbəti istehsal işi Valentin Vasyanoviçin rejissoru olduğu, eyni zamanda Ukraynadan "Oskar" mükafatına namizəd olmuş və bir sıra beynəlxalq və milli mükafatlara, o cümlədən 76-cı Venesiya Film Festivalının "Üfüqlər" proqramının birinci mükafatına layiq görülmüş "Atlantida" (2019) filmi olmuşdur. rejissor tərəfindən festivalda iştirak Yatsenkonun işi ilə əlaqədar idi). Vasyanoviçin izah etdiyi kimi, festivalda iştirak Yatsenkonun işi ilə bağlı olmuşdur.
Yatsenko 2017–2019-cu illərdə Ukrayna Kino Sənayesi Assosiasiyasına rəhbərlik etmişdir. O, 2019-cu ildə Avropa Film Akademiyasının üzvü seçilmişdir. Yatsenko əsas vəzifəsini Ukrayna kinematoqrafiyası beynəlxalq brendinin yaradılmasında gördüyünü qeyd etmişdir.Володимир Яценко — член Європейської кіноакадемії // Официальный сайт Государственного агентства Украины по вопросам кино, 23.08.2019 (архивная копия).
İstinadlar
Kateqoriya:Ukrayna rejissorları Kateqoriya:Ukrayna prodüserləri