Çənab — Hindistan və Pakistanda axan əsas çay, Pəncab regionunun 5 böyük çayından biri. Hindistanın Himaçal Pradeş ştatının Lahaul regionunda yuxarı Himalay dağlarında yüksələn Çandra və Bhaqa adlı iki çayın birləşməsi nəticəsində yaranmışdır. Çənab Hindistanın Cammu və Kəşmir ştatının Cammu regionundan keçərək Pakistanın Pəncab düzənliklərinə axır və nəticədə Hind çayına tökülür.
Çənabın suları Hind Suları müqaviləsinin şərtlərinə əsasən Pakistana verilmişdir. Hindistanda enerji istehsalı kimi qeyri-istehlakçı istifadələrə icazə verilir. Çənab çayı Pakistanda suvarma üçün geniş istifadə olunur. Onun suları da çoxsaylı keçid kanalları vasitəsilə Ravi çayının kanalına ötürülür.
Tarixi Çay hindlilərə Vedalar dövründə məlum idi.Encyclopædia Britannica article on the Chenab E.ə. 325-ci ildə Makedoniyalı İsgəndər Hind çayı ilə Pəncab çaylarının (hazırda Pəncnad çayı kimi tanınır) birləşdiyi yerdə Hind İsgəndəriyyəsi şəhərini qurduğu iddia edilir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər Chenab River in the context of Pakistan - by Pakistan Tourism Portal
Kateqoriya:Hind hövzəsi Kateqoriya:Pakistan çayları Kateqoriya:Hindistan çayları Kateqoriya:Pəncab regionu Kateqoriya:Sərhəd çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları