Vyaçeslav (Slavik) Leonidoviç Kriklivı (; ) — Ukrayna bal rəqqası, peşəkarlar arasında dünya çempionatının qalibi.
Həyatı Vyaçeslav Leonidoviç Kriklivı 1 iyul 1976-cı il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Zaporojya şəhərində həkim ailəsində anadan olmuşdur.Славик Крикливый и Карина Смирнофф на Кубке "Русского Клуба" . dancemaze.ru (2004) interview (in Russian) O, beş il üzgüçülük ilə məşğul olmuşdur. Kriklivı 1987-ci ilin payızında ailəsi ilə birlikdə Melitopol şəhərinə köçmüşdür. O, burada Latın Amerikası rəqs proqramını öyrənməyə başlamışdır. Kriklivı 1990-cı illərdə Kiyevə köçmüş və burada çıxış etmişdir.
Vyaçeslav Kriklivı 1998-ci ilin martında Ukrayna çempionu olmuşdur. O, bir həftə sonra Belçika çempionu Coanna Lünis ilə cütləşmişdir. Dünya Rəqs İdmanı Federasiyasının məlumatına görə, Kriklivı 1999-cu ildə Lünis ilə birlikdə Dünya Çempionatının gümüş medalını, bir il sonra həvəskarlar arasında Dünya və Avropa Çempionatının qızıl medalını qazanmışdır. O, "Slavik" adı ilə tanınır.
Vyaçeslav Kriklivı Coanna Lünis ilə ayrıldıqdan sonra Nyu-Yorka köçmüşdür. O, burada peşəkar kateqoriyada Xarkovdan olan Karina Smirnov ilə cüt olmuşdur. Kriklivı Smirnov ilə birlikdə beşqat Amerika çempionları, Dünya Çempionatının bürünc mükafatçıları olmuşdur. Cütlük rəqqaslar və rəqs xoreoqrafları kimi Riçard Gere və Cennifer Lopezin baş rollarda çəkildiyi "Gəlin rəqs edək" bədii filmində kameo rolu almışdılar. Onlar 2005-ci ildə yollarını ayırmışdılar.
Vyaçeslav Kriklivı 2006–2007-ci illərdə Moskvada Yelena Xvorova ilə rəqs etmişdir. O, Dünya Kubokunun və Rusiya Çempionatının qalibi olmuş, Dünya və Avropa çempionatlarında gümüş medallar qazanmışdır. Kriklivı 2008–2009-cu illərdə Hanna Kartunen ilə Finlandiyanı təmsil edərək çıxış etmişdir. Onlar "UK Open 2009" turnirində altıncı olmuşdur. Kriklivı 2009–2010-cu illərdə Rusiyada Anna Melnikova ilə rəqs etmiş, rəqs şoularında nümayişlərlə çıxış etmişdilər. O, rəqs aləmində cütlüyün rəqabətli xoreoqrafiyası əsasında çəkilmiş "Qəddar romantika" filmindən "Shaggy Bumblebee" mahnısı ilə rəqs etməklə yadda qalmışdır. İdmanda cütlük Dünya Kubokunda və Avropa Çempionatında bürünc medal qazanmışdır. Cütlük Moskvada keçirilən "RTS təntənəli iclası"nda "İlin ən yaxşı debütü" nominasiyasında qalib olmuşdular.
Vyaçeslav Kriklivı premyerası 20 noyabr 2011-ci ildə keçirilən "Bal rəqqası" adlı Danimarka sənədli filmində rol almışdır. O həmçinin, Moskvada "Ridley Scott Association" və "Philips" şirkətinin təşkil etdiyi "Paralel xətlər" müsabiqəsi üçün üç dəqiqəlik qısametrajlı "Yaxınlıq" filmində rol almışdır. Kriklivı 2012-ci ildə Xarkovdan olan Dariya Çesnokova və Yekaterina Lapayeva ilə iki dəfə cütləşmişdir. O, 2013-cü ildən məşqçilik və hakimlik fəaliyyəti ilə məşğuldur. Kriklivı 2014-cü ildə Karina Smirnov ilə birlikdə Nyu-Yorkda "Dance Legends 2014" layihəsində və Moskvada "Ulduz dueti" layihəsində iştirak etmişdir.
Filmoqrafiya +İlOrijinal adıAzərbaycancaRol2004Shall we danceGəlin rəqs edəkPolinanın partnyoru2010Ballroom DancerBal rəqqasıSlavik Kriklivı2011The NearnessYaxınlıqSlavik Kriklivı
İstinadlar
Xarici keçidlər Slavik Kryklyvyy Details Кубок мира. Интервью Биография Славика Крикливого
Kateqoriya:Ukrayna rəqqasları Kateqoriya:Ukraynadan ABŞ-yə mühacirət edənlər