() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Azərbaycan faunasına iki yarımnövü daxil olur. Lənkəran təbii vilayətində yaşayan İran və qalan meşələrdə məskunlaşmış Qafqaz yarımnöləri. Bədəninin üst tərəfi qonurumtul-qəhvəyi, uzununa ağımtıl çilli, altı ağdır. Qanadları və quyruğu köndələn açıq zolaqlıdır. Tək-tək cə ya cütlərlə gəzir. Səsi sakit nəğməsi cingiltili cəh-cəh şəklindədir. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Meşələrdə, parklarda və köhnə ağacları olan bağlarda məskunlaşır. Oturaq həyat tərzi keçirir. Yuvasını koğuşda və ya ona bənzər örtülü yerdə qurur. Apreldə və iyunda 7 ağ, qırmızı-qəhvəyi xalları olan yumurta qoyur. Mövsüm ərzində iki dəfə çoxalır. Qışda ovalıqlara enir. Cücülər və onların sürfələri ilə qidalanır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar