Müzəffər Mədət oğlu Qasımov () — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu və məşqçisi. SSRİ idman ustası. Azərbaycan Respublikasının əməkdar məşqçisi. Gəncə şəhərinin fəxri sakini.

Həyatı Müzəffər Qasımov 23 fevral 1941-ci ildə Tovuz şəhərində anadan olmuşdur. İlk futbol məşqçisi Təvəkkül Hüseynovdur. Məktəbdə 6-cı sinifdə oxuyarkən Tovuz yığmasına cəlb olunub. 1952-ci ildə Tovuz şəhərindəki 2 saylı orta məktəbi bitirmişdir.

1959-cu ilin iyun ayında Kirovabad şəhərinin ustalardan ibarət "Tekstilşik" futbol komandasına dəvət olunub. 1974-cü ilədək bu komandanın əsas heyətində çıxış etmişdir. 1965-1974-cü illərdə komandanın kapitanı olmuşdur.

1962-ci ildə Gəncədəki Bədən Tərbiyəsi və İdman Texnikumunu, 1967-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.

1976-1977, 1984 və 1989-cu illərdə "Kəpəz" futbol komandasının baş məşqçisi, 1985 və 1990-cı illərdə isə rəisi kimi fəaliyyət göstərmişdir.

2011-ci ildən ömrünün sonunadək Gəncə Regional Futbol Federasiyasında yarışların təşkili və keçirilməsi üzrə koordinator, Gəncə Futbol Veteranları Klubunun icraçı direktoru və "Kəpəz" Peşəkar Futbol Klubunun müşahidə şurasının üzvü olmuşdur.

Şəxsi həyatı Müzəffər Qasımov üç uşaqlı ailədə anadan olmuşdur, Nəsib və Qəzənfər adlı özündən böyük iki qardaşı olub. Atası Mədət Qasımov Böyük Vətən müharibəsində həlak olmuşdur.

Oğlu, Rəşad Qasımov bir müddət "İnter" Peşəkar Futbol Klubunun prezidenti olub.

Nailiyyətləri

Komanda SSRİ ikinci liqası: 1 Dinamo: 1965 SSRİ birinci liqası: 1 Dinamo: 1966

Dövlət mükafatları "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı: 1965 SSRİ idman ustası: 1966 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı: 1970 Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı: 1973 "Əmək veteranı" medalı: 1988 Azərbaycan SSR Bədən Tərbiyəsi və İdman əlaçısı: 1990 Azərbaycan Respublikasının əməkdar məşqçisi: 1991 Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi: 2001

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Müzəffər Qasımov Teams.by saytında

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Azərbaycan futbol məşqçiləri