Karnunt (həmçinin Karnuntum; ) — Qədim Roma hərbi düşərgəsi, Yuxarı Pannoniyanın inzibati mərkəzi. Hal-hazırda muzeyləşdirilmiş xarabalıqları Kəhrəba yolunun Dunay ilə kəsişməsində, Avstriyanın Petronell-Karnuntum kommunası yaxınlığında, Vyanadan Bratislavaya gedən yolun yarısında yerləşir. Romanın Karnunt şəhərinin əhalisinin təxminən 50 min nəfər olduğu güman edilir.
Karnuntda qladiatorlar məktəbinin yaxşı qorunmuş qalıqları da aşkar edilmişdir. Qalın divarlarla əhatə olunmuşdu. İçərisində bütöv bir quruluş kompleksi var idi, onların arasında kiçik bir sirk qladiatorları öyrətmək üçün seçilir. 40-a yaxın kiçik otaqlar, böyük hamamlar, qəbiristanlıq, isti döşəməli məşq zalı və müxtəlif inzibati binalar da aşkar edilmişdir.
İstinadlar
Xarici keçidlər Сайт археологического заповедника «Карнунтум»
Kateqoriya:Qədim Roma coğrafiyası Kateqoriya:Avstriyadakı arxeoloji abidələr Kateqoriya:I əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri