thumb| Stalin və başqalarının imzası ilə Böyük təmizləmə zamanı Hərbi Kollegiya tərəfindən mühakimə olunanların siyahısı thumb| Ulrixin imzası ilə Yakov Boyarski, Mixail Koltsov, Vsevolod Meyerhold və başqaları haqqında çıxarılmış ölüm hökmü SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası (, Voennaya kollegiya Verxovnovo suda SSSR) — 1924-cü ildə Sovet İttifaqı Ali Məhkəməsi tərəfindən Qırmızı Ordu və Donanmasının ali hərbi və siyasi heyəti üçün yaradılmış məhkəmə. Bundan əlavə, hərbi müraciətlərə və hərbi tribunallara bilavasitə nəzarət orqanı idi.
Kollegiyanın ən uzunmüddətli sədri 1926–1948-ci illərdə ona rəhbərlik etmiş Vasili Ulrix olmuşdur.
Hərbi Kollegiyanın rolu 1934-cü ilin iyunundan sonra kəskin şəkildə dəyişmişdi. Bu dövrdə ona əks-inqilabi fəaliyyətin 58-ci maddəsinə aid olan işlərə baxılması səlahiyyəti də verilmişdi.
1937–1938-ci illərdə Böyük təmizləmə zamanı Hərbi Kollegiya, adətən, İosif Stalinin şəxsən təsdiq etdiyi siyahılara əsaslanaraq nisbətən tanınmış şəxsləri mühakimə edirdi. 58-ci maddə üzrə təqsirləndirilən şəxslərin işlərinin əksəriyyətinə NKVD üçlükləri məhkəmədənkənar şəkildə baxırdı. Hərbi Kollegiya isə, əsasən, açıq məhkəmələri keçirirdi.
Kollegiya həmçinin Polşa Daxili Ordusunun sonuncu komandiri general Leopold Okuliçki və Polşa hökumətinin nümayəndəsi Yan Stanislav Yankovskinin məhkəməsində də iştirak etmişdir.
Sədrlər 1923–1926: Valentin Trifonov 1926–1948: Vasili Ulrix 1948–1957: Aleksandr Çeptsov 1957–1964: Viktor Borisoqlebski 1964–1971: Nikolay Çistyakov
İstinadlar
Həmçinin bax Azərbaycanda Stalin repressiyaları
Kateqoriya:SSRİ Silahlı Qüvvələri Kateqoriya:SSRİ hüquq mühafizə orqanları Kateqoriya:SSRİ-nin dövlət quruluşu Kateqoriya:SSRİ tarixi