Elvin İbrahim Qəbat () — amerikalı biotibbi alim və kəmiyyət immunokimyasının qurucularından biri. Qəbat 1977-ci ildə Kolumbiya Universitetinin Luiza Qross Horvits Mükafatına, 1991-ci ildə ABŞ Milli Elm Medalına və 1995-ci ildə Amerika İmmunoloqlar Assosiasiyasının Ömür Boyu Uğur Mükafatına layiq görülüb. O Con Qəbat-Zinin atasıdır.
Elvin Qəbat 1965–1966-cı illərdə Amerika İmmunoloqlar Assosiasiyasının prezidenti, ABŞ Milli Elmlər Akademiyasının müxbir üzvü, Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü olmuşdur. O, anticisimlərdəki amin turşusu qalıqlarını dəyişən bölgələrinə görə nömrələmək üçün özünün eyniadlı Qəbat nömrələmə sxemini işləyib hazırladı. 1969-cu ildə o, insan və siçan Ben Cons zülallarının və yüngül immunoqlobulin zəncirlərinin amin turşusu ardıcıllığını toplamağa və hizalamağa başladı.
İstinadlar
Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri