Cibir və ya Çeber — Azərbaycan Respublikasının Qusar rayonunun Piral kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Qusar rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Çeberdir. Bu ad lezgi dilindəki çib (biz, özümüz) sözündən və çoxluq şəkilçisi olan bur (lər) dən ibarət olan, lezgilərin çeper sixilinin adından olub, "bizimkilər, özümüzkülər" mənasını bildirir. Eyni adda, Dağıstanın Axtı rayonunda da Çeber kəndi (rusca Джаба) mövcuddur. Həm Azərbaycan, həm də Dağıstan tərəfdəki çepervilər, zamanında Bazardüzü dağının yanındakı Çeper dağından enib kəndlər salıblar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Tarixi 1837-ci ildə, Qazi Muhammədin imamlığı altında, Çar Rusiyasına qarşı Çeper kəndində 400 nəfər birləşdi və birlikdə rus imperiyasına qarşı silahlı müqavimət göstərdilər. Bu hadisə, Qusar bölgəsindəki Quba üsyan hərəkatlarının bir hissəsi idi.
1885–1903-cü illərdə burada dünyəvi məktəb fəaliyyət göstərib. 1929–1930-cu illərdə isə bu kənddə kolxozlar yaradılıb.
Əhalisi 1915-ci ildə olan "Qafqaz təqvimi"ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Cibir kəndində 1299 nəfər yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır,Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 2018-ci ildə əhalinin sayı 1300 nəfər olub.
Sixillər
Çpir (Çpirar) sixilə daxil kəndəki sixillər (soylar):
Abdullahar Xasanar Yağiyar Lukar Kamayar (Kamunbur) Yuvar
Çpir kəndinin əhalisi sixil (klan, soy-kök) baxımından homogendir, kənddə başqa kəndlərdən köçüb gəlmiş ayrıca sixillər yoxdur, bütün əhali Çpirar sixilinə aiddir. Bu hal kəndin qədim adətləri ilə bağlıdır, bu sixil tarixən başqa sixillərlə birləşməyib, tsixel/k'ar kimi proseslərində və sixillərin daxili köçlərində iştirak etməmişdir.
Görkəmli şəxslər Abrek Hamzat Çebervi — Ləzgi abrek.
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri